backend

Gəncədə faciə — Yaşlı qadın yanaraq öldü

Gəncədə faciə — Yaşlı qadın yanaraq öldü














Gəncə şəhərinin Nizami rayonunda faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.
AZTB.info” FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.​
Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.