backend

OXU, DÜŞMƏNİNİ TANI!!! Qondarma ARSTAX-ı kimlər tanıyır və kimlər tanımağa hazırlaşır?

OXU, DÜŞMƏNİNİ TANI!!! Qondarma ARSTAX-ı kimlər tanıyır və kimlər tanımağa hazırlaşır?

Azərbaycan əleyhinə az qala hər gün yazılar verən, tam düşmən mövqeyindən çıxış edən Rusiya KİV-lərindən biri də “Eurasiya Daily” saytıdır.

Qondarma Artsax (Dağlıq Qarabağ) respublikasının xarici işlər naziri Mais Mailiyan sayta geniş müsahibə verib və hər zaman olduğu kimi işğalçılıq siyasətlərinə bəraət qazandırıb. Son vaxtlar Rusiya siyasi həyatında Dağlıq Qarabağın tanınması istiqamətində canfəşanlığın artması, xüsusilə fevralın 22-də Rusiyanın bizə düşmən mövqedə olan daha bir saytın - “Regnum”un ofisində rus və erməni siyasətçilərin qondarma qurumun müstəqilliyinin BMT tərəfindən tanınması ilə bağlı memorandumun hazırlanması və bu istiqamətdə başqa siyasi proseslərin ardıcıl davam etməsi ciddi narahatlıq yaratmalıdır. Mais Mailyanın da müsahibəsinin ana xətti məhz beynəlxalq aləm tərəfindən Dağlıq Qarabağın tanınmasına həsr olunub. Separatçı “nazir” Minsk qrupunun həmsədrlərinin də “Qarabağ məsələsində Rusiya, ABŞ, Fransa eyni mövqedən çıxış edir” fikrini vurğulayıb və təsadüfi deyil ki, müsahibə də bu başlıqla yayılıb.

Mailyan İranın Artsaxla həmsərhəd olmağının üstünlüklərini qeyd etməklə İranın hər zaman Qarabağ ermənilərinə dayaq olduğunu, perspektivdə də İranın qondarma respublikaya siyasi tərəfdaş olacağına şübhə etmədiklərini qeyd edib.

Mailyan Artsaxın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasının prioritet siyasət olduğunu və bunun üçün bütün əngəllərin aradan qaldırılmasını əsas vəzifələrindən biri olduğunu söyləyib və fəxrlə bildirib ki, 8 ABŞ ştatı, 1 Avstraliya ştatı, Basklar ölkəsi ( İspaniya) Artsaxın öz müqəddaratını həll etmək hüququnu tanıyıb. “ABŞ-ın, Fransanın, Basklar ölkəsinin və Braziliyanın 16 şəhəri ilə Artsaxın müxtəlif şəhərləri dostluq əlaqələri yaradılıb. Bako Saakyanın başçılığı ilə DQR nümayəndə heyəti 2015-ci ildə Fransaya səfər edərkən Drom departamenti ilə dostluq deklarasiyası imzalanıb. 2017-ci ildə Belçikada Artsaxla dostluq qrupu və dostluq dairəsi yaranıb”- Mailyan belə deyib.
Xarici investisiyanın da cəlb edilməsinin diqqət mərkəzində olduğunu və artıq uğurlar əldə edildiyini separatçı nazir qeyd edib.

Beynəlxalq aləmin Artsaxın mövqeyini düzgün qəbul etdiyinə də “nazir” iddialı işarələr vurub. Artsaxı dəstəkləyənlər arasında “ ABŞ konqresmeni Frenk Pallone, Fransa-Artsax dostluq dairəsinin çağırışları, Avropa parlamentində Artsaxla dostluq qrupunun sədri Frank Engel və Larsa Adaktusson”un adını çəkib.

Artsaxın tanınmasının xeyri nədir sualına cavab verən Mailyan bu işin gec-tez həll olacağını, geridönməzliyini də vurğulayıb və tanınmanın Azərbaycanın Qarabağa olan hərbi hücumlarının qarşısını alacağını, təhlükəsizliklərinin təmin olunacağını söyləyib. “Artsaxın tanınmaması Azərbaycanın təzyiqlərini artırır”-deyən Mailyan, nümunə kimi 2-5 aprel döyüşlərini göstərib.
Qarabağ problemində Rusiyanın rolunu ayrıca qeyd edən Mailyan sevinclə qeyd edib ki, “bəzi beynəlxalq məsələlərdə Rusiyanın ABŞ, Fransa ilə fikir ayrılıqları olsa da Qarabağ məsələsində eyni mövqe nümayiş etdirirlər”

Separatçı nazirin mövqeyini çatdırmaqda məqsəd son vaxtlar Ermənistanın və separatçı rejimin Rusiyada və Qərb ölkələrində Dağlıq Qarabağın beynəlxalq aləmdə müstəqilliyinin tanınması istiqamətində fəallaşmalarını göstərməklə bu kampaniyanın sonunda bizə sürprizlər yaşada biləcəklərini diplomatiyamızın diqqətinə çatdırmaqdır. Bir qondarma qurumun xarici siyasət fəaliyyəti qarşısında əks tədbirlərimiz yetərlidirmi? Yoxsa ən rahatı bizim icazəmiz olmadan Qarabağa səyahət edən xariciləri “qara siyahıya” salmaqla işimizi bitmiş hesab edirik? Erməni özü hərbi əməliyyatlardan çəkindiklərini və tanındıqları halda bizim məcbur olub heç bir addım ata bilməyəcəyimizi deyir.
Moderator.az