Sabirabadda zəncirvari yol qəzası - Biri polis olmaqla 4 nəfər xəsarət alıb
885
Sabirabad rayonunda zəncirvari qəza nəticəsində 4 nəfər xəsarət alıb.
"Report” xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb.
Biri "VAZ-2107”, ikisi "Mercedes” markalı avtomobil olmaqla zəncirvari qəza hadisəsi baş verib. Hadisə zamanı İmişli sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Sayad Böyükkişi qızı, 1987-ci il təvəllüdlü Məmmədova Aybəniz Ələsgər qızı, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Eyvaz oğlu və 1990-cı il təvəllüdlü Yusif adlı polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yusif adlı şəxsin vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.