backend

Mingəçevirdə sürücü vurduğu uşağı xəstəxanaya çatdırmaq istəyərkən qəza törədib

Mingəçevirdə sürücü vurduğu uşağı xəstəxanaya çatdırmaq istəyərkən qəza törədib






















Uşağın həyatını xilas etmək mümkün olmayıb.

Mingəçevir şəhərində sürücü bir gündə iki dəfə avtomobil qəzası törədib, ölən və xəsarət alanlar var.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hər iki hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini Əhmədov Şaiq Həmid oğlu idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən 10 yaşlı piyada Rəsulov Rəsul Zaur oğlunu vurub.

Yaralıya ilk yardımı göstərən də avtomobilin sürücüsü olub. Şaiq Əhmədov ağır bədən xəsarətləri alan məktəbli uşağı maşına qoyaraq xəstəxanaya tez çatdırmaq istəyərkən avtomobili yenə də sürətlə idarə edib və hadisə yerindən 400 metr aralıda maşını qarşı tərəfdən gələn Əsgərov Yolçu Rüstəm oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşına çırpıb.

Bu avtoqəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şaiq Əhmədov yaralı uşağı tez bir zamanda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdıra bilib.

Toqquşma zamanı “VAZ-2107”nin sürücüsü Yolçu Əsgərov da xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, 4-cü sinif şagirdi Rəsul Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.