backend

Əməkdar artist: Öz anasını, bacısını sevən başqasına sataşmaz

Əməkdar artist: Öz anasını, bacısını sevən başqasına sataşmaz






















"Burada olan hamı bilir ki...".

Əməkdar artist Aybəniz Haşımova "Gündəlik" verilişində qonaq olub.

qaynarxett.az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi aparıcının "Aybəniz xanım, qızınız haqqında sizə qıcıqlandıran sual verən jurnalist olub?" sualına belə cavab verib:

"Sual yox, yanlış məlumatlar olub. Burada olan hamı bilir ki, övladı olan birini acılamaq, "iynələmək" nə deməkdir. Mən heç vaxt qisasa qisasla cavab verməmişəm. İnsanlara pislik etməyi bacarmıram. Birinin günahı olsa, onu incitsəm, sonra özüm ağrıyaram. Özümü bağışlamaram. Öz anasını, bacısını sevən başqasına sataşmaz. Bəzi jurnalistlər təsadüfən nömrəmi tapıb, necə gəldi suallar verirlər. Mən zəif adam deyiləm. 40 ilə yaxındır səhnədəyəm. Yetəri qədər mənə inanan var".