backend

“Dağlar” polis rəisinə məxsusdur

“Dağlar” polis rəisinə məxsusdur












Bu əxlaqsızlıq yuvasına onun qardaşı rəhbərlik edir

Hüquq-mühafizə orqanlarının dəfələrlə paytaxtın ayrı-ayrı yerlərind onlarla fahişəxanaları aşkarlamalarına baxmayaraq təəssüf ki, əxlaqsızlıq yuvalarının fəaliyyətinə birdəfəlik xitam verilmir. Bütün bunlar göstərir ki, həmin bar-saunaların rəhbərləri həbs edilməli, məsuliyyətə cəlb olunmalıdır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları paytaxtın ayrı-ayrı rayonlarında yerləşən bir sıra əxlaqsızlıq yuvalarında reyd keçirsələr də, bar-saunalardakı reydlər zamanı onlarla fahişəni aşkarlasalar da, bəzi obyektlərin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilməsi belə halların kökünün birdəfəlik kəsilməsinə imkan vermir.
Bütün bunlar onu göstərir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da gücləndirməlidir. Ümumiyyətlə hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Paytaxtın digər yerlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların istirahət etdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır. Təəssüf ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bu cür əxlaqsızlıq yuvaları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə etmək məqsədilə təşkil edilib. Təəssüf ki, "ailəvi istirahət mərkəzləri", "kafe"lər, "barlar" adı altında fəaliyyət göstərən bəzi obyektlərdə təxminən 35-40 otaq olur. Belə yerlərdə xidmətçilər gənc qızlar olurlar. Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdən bəziləri hətta şəhərin mərkəzi yerlərində də yerləşir. Belə yerlərə gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Həmin obyektlərin sahibləri heç kimdən çəkinmədiklərini deyirlər. Bu cür yerlər həm də kriminal sahələrə çevriliblər. Hətta bir neçə dəfə həmin obyektlərdə qız üstündə böyük davalar, hətta ağır cinayət hadisələri baş verib.
Belə obyektlərin ucbatındandır ki, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də QİÇS virusuna yoluxanların sayı çoxalır. Bütün bunlara rəğmən demək olar:- paytaxtda əxlaqsızlıq hallarının sayı ildən-ilə artır. Bir sıra qəsəbələrdə yerləşən otellərdə əxlaqsızlıq məclisləri hər gecə təşkil olunur ki, belə yerlərdə bir gecədə 30-35 otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir. Elə obyektlər var ki, orada qızlar qonaqlara "xidmət" göstərirlər. Qeyd etdiyimiz kimi, ayrı-ayrı məmurların himayədarlığı altında fəaliyyət göstərən bəzi əxlaqsızlıq yuvalarının sayının günbəgün artması həyəcan təbili çalmağın vaxtının yetişdiyini göstərir. Təəssüf ki, həmin obyektlərin yığışdırılması problemi artıq uzun illərdir birdəfəlik həll edilmir. Elə bunun nəticəsi olaraq, hər il gənclər arasında yoluxucu xəstəliklər artır, ailələr dağılır. Bir sıra yeniyetmələr əxlaqsızlığa düçar olur.
Ziya Bünyadov prospekti, əhali arasında "Dərnəgül yolu" adıyla məşhur olan ərazidə, konkret desək, tikinti materiallarının topdan satıldığı yerdəki "Dağlar" kafesi guya ictimai iaşə obyekti profiliylə fəaliyyət göstərsə də, əslində əxlaqsızlıq yuvasına çevrilib. Bildirilir ki, "Dağlar" kafesində günün günorta çağı şıdırğı insan alveri gedir. Bura üz tutanlar heç də yalnız nahar etməyə deyil, həm də başqa məqsədlər üçün gəlirlər.
Buranın müştəriləri bir qədər xərcə düşməklə istədikləri formada əylənə bilirlər. Özü də uzun müddətə. Ona görə ki, artıq neçə ildir aidiyyəti orqanlar əsl qadın alveri məkanına çevrilmiş "Dağlar" otelinin rəhbərliyinə "gözün üstə qaşın var" - deyən tapılmır. Qeyd etdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər. Müştərilər bildirirlər ki, bu oteldə dincəlmək bir qədər baha başa gəlir - 60-80 manata. Özü də "dincəlmək" necə dincəlmək! Axı digər otellərdə görmədiklərinizi burada izləyə bilərsiniz. Özü də tam təhlükəsiz şəraitdə. Elə buna görədir ki, "Dağlar" otelin müştərilərinin sayı gündən-günə çoxalır. Şübhəsiz ki, buna rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, belə obyektlərin himayə olunmasıdır. Paytaxtın ayrı-ayrı yerlərində istirahət mərkəzləri üçün nəzərdə tutulan bu cür kafe və restoranların, barların başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə rəvac verir.
Biz bu günlərdə “Dağlar”ın fəaliyyətini araşdırdıq.Özünü baş adminstrator adlandıran Nuru adlı şəxs bizə maraqlı bir məsləhət verdi:”Siz bilmirsiniz kimə sataşırsınız, bilmirsiniz bura kimindi? Özünüzü işə salmayın”.

P.S: Qəzetimiz çapa gedərkən öyrəndik ki, bu obyektin sahibi bir rayonun polis şöbəsinin rəisidir.Hazırda “Dağlar”a onun qardaşı İlqar rəhbərlik edir.