backend

Yaşar Hüseynov Tərtər səhiyyəsini “özəlləşdirib”

Yaşar Hüseynov Tərtər səhiyyəsini “özəlləşdirib”
























Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov rayon səhiyyə sistemini dədəsinin malı kimi idarə edir.

Özü də korrupsiya piramidası qurmaqda bu baş həkimə çatan yoxdur. İşi elə qurub ki, səhiyyədə çalışan hər kəsdən, sanitardan tutmuş, həkimə qədər hamıdan aylıq alır.
Məlumata görə Tərtər rayonu üzrə təxminən 1000 nəfərə yaxın güzəştli kateqoriyadan olan xəstələr var. Bunlardan təxminən 550 xəstə şəkərli diabet, 100 ruhi-əsəb, 150 onkoloji xəstə, 150 vərəm xəstəsidir. Ölkə qanunvericiliyinə əsasən hər ay bu xəstələrə lazım olan qədər dərman və tibbi ləvazimatlar ayrılır. Özü də pulsuz. 27 yanvar 2007-ci ildə Səhiyyə və Maliyyə Nazirliklərininbirgə əmrinə əsasən 141 adda pulsuz dərman güzəştli kateqoriyalı xəstələrə verilməlidir.
Amma Tərtərdə şəkər xəstələrinin yalnız 1%-nə, o da səs-küy salıb şikayət edənlərə dərman verilir. Ruhi-əsəb və vərəm xəstələrinə güzəştli dərmanlar qəti verilmir. Tərtərdə xəstə sahiblərinin dövlətin bu humanist qərarlarından xəbəri yoxdur. Əvəzində Tərtər Xəstəxanasınınbaş həkimi Yaşar Hüseynovun Tərtərdə və Bərdənin mərkəzində 2 böyük apteki var. Və dövlətin xəstəxanaya yolladığı dərmanları baş həkim bu apteklərdə satdırmaqla məşğuldur. Quduzluq, tetanus əleyhinə zərdabları dövlət xəstəxanasında tapmaq qeyri-mümkündür. Ancaq baş həkimin apteklərindən rahat ala bilərsən. Belə yerdə deyiblər –“gorun çatlasın Hippokrat!”