backend

ETSN-NIN ƏMƏKDAŞI ŞƏKIDƏ “SOYQRIM”A “KRIŞA”LIQ EDIR

ETSN-NIN ƏMƏKDAŞI ŞƏKIDƏ “SOYQRIM”A “KRIŞA”LIQ EDIR














ETSN-nin əməkdaşı Şəkidə “soyqrım”a “krışa”lıq edir

O halda sual oluna bilər ki, bu cür çəkilişlər həyata keçirilən zaman kim təminat verə bilər ki, ərəblər silahlı qüvvələrimizin yerləşdikləri ünvanların, müəyyən strateji obyektlərin və s. ərazilərini çəkmirlər?

Ətraf mühitlə bağlı problemlərinin varlığı və aradan qaldırılması zaman-zaman tam əksəriyyəti düşündürən məsələlərdən olub. Ona görə də, bu sahə ilə bağlı problemlərin varlığır zaman-zaman hər kəsin diqqətini cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev ətraf mühitlə bağlı problemlərin varlığına xüsusi diqqət yetirdi və aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbəri tərəfindən belə bir tapşırıqların verilməsinə baxmayaraq, deyəsən bu gün də şəxsi maraqlarının həlli naminə ekologiyamıza «qənim kəsilən»lər hələ də meydanda “at oynatmaq”dadırlar. Məsələn, bu günlərdə Şəki rayonundan olduqca diqqəti cəlb edən bir məlumat əldə etmişik. Belə ki, yerli sakinlərin verdikləri məlumatlara görə bir müddətdir ki, rayonun Dəhnə və Hacı Nohur adlanan ərazilərində ərəblər məskunlaşıblar. Onlara rəhbərliyi “göygöz” ləqəbi ilə məşhur olan Məhəmməd adlı şəxs həyata keçirir. Çatdırılan məlumatlarda o da qeyd olunur ki, ərəblər özləri ilə məskunlaşdıqları əraziyə xüsusi formada öyrədilmiş şahin quşları gətiriblər və həmin quşlar açıq səmaya buraxılarkən onlar ətraf ərazilərdə çoxalmış və adları “Qırmızı kitab”a salınmış “Bəzdək” quşlarını diri-diri tuturlar. Bu yolla “Bəzdək” quşlarını ələ keçirən və şəxsi maraqlarının həlli naminə istifadə edən ərəblər, açıq-aşkar şəkildə həmin quşların nəsllərini kəsməkdə davam edirlər.

Bundan əlavə çatdırılan məlumatlarda o da qeyd olunur ki, “göygöz” ləqəbi ilə tanınan Məhəmməd həmin şəxslərlə birlikdə əraziyə müəyyən bir qurğu da gətirib. Onlar həmin qurğu vasitəsilə ətraf ərazidə müəyyən çəkilişlər həyata keçirirlər ki, bu da müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır. Çünki, Şəki rayonu ərazisində hərbi hissə, müəyyən strateji obyektlər və digər əhəmiyyət kəsb edən idarə, müəssisə və təşkilatlar var. O halda sual oluna bilər ki, bu cür çəkilişlər həyata keçirilən zaman kim təminat verə bilər ki, ərəblər silahlı qüvvələrimizin yerləşdikləri ünvanların, müəyyən strateji obyektlərin və s. ərazilərini çəkmirlər? Bu cür addımlar atıldıqca, ətraf ərazidə əmələ gələn səs-küy və s. yerli sakinlərin haqlı narazılığına da səbəb olmaqdadır. Sakinlərdən əldə etdiyimiz məlumatlara görə, Məhəmmədə və onun rəhbərlik etdiyi şəxslərə “krışalığı” ETSN-nin yüksək çinli vəzifə sahiblərindən olan Arzu Mustafayev adlı şəxs həyata keçirir. Verilən məlumatlarda o da qeyd olunur ki, bu şəxs üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, yəni “Şahdağ” ərazisində itgin düşən alpinistlərin axtarışı ilə bağlı maraqlanmaq əvəzinə, hazırda Şəki rayonu ərazisində belə bir işlərlə məşğul olmaqdadır. Adı çəkilən şəxs tərəfindən bu cür addımlar atılsa da, biz o hala da inanırıq ki, cənab Hüseyn Bağırov baş verənlərdən xəbərdar olacağı təqdirdə dərhal müvafiq addımını atacaq.

İndi olub keçənlərə diqqət yetirək. Ölkə rəhbəri cənab İlham Əliyev ətraf mühitlə bağlı hər zaman lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar? Deməli, bu məmləkətdə hər kəs də Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” bu cür addımlarını atmaqla hara gedirlər?

Bütün bunlardan əlavə o hal da hər kəsi düşündürməkdədir ki, görəsən müxtəlif yollarla «Bəzdək» quşlarını ələ keçirən ərəblər onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə necə keçirirlər? Yaxud da, bu işlərdə onlara hansı vəzifə sahibləri himayədarlıq edirlər? Belə bir səbəblər üzündən də, bu yöndə araşdırmalarımızı davam etdirməyə qərar verəcəyik ki, hər kəsi baş verənlərlə bağlı lazımınca məlumatlandıra bilək.

Odur ki, gəlin həm birlikdə düşünək, həm də bir qədər götür-qoy edək. Çünki… Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.