backend

Dəhşətli qəza: Kürdəmir İH başçısının oğlu yaralandı, dostu isə öldü

Dəhşətli qəza: Kürdəmir İH başçısının  oğlu yaralandı,  dostu isə öldü
















Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş.

Dünən paytaxtın “Neftçilər” prospektində ağır yol-nəqliyyat qəzası baş verib. Port-Baku Towers-in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşub.
Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib.
Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir.
Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş. Ceyhun Cəfərovun oğlu isə 2 dostu ilə onu hava limanında qarşılayaraq, evlərinə müşayiət edirmiş.