backend

Başçıdan Əhmədzadənin adamına cəza - Cəlilabadda

Başçıdan Əhmədzadənin adamına cəza - Cəlilabadda















Bir neçə gündür ki “Qafqaz Xəbər” qəzetində Cəlilabad rayonundan bir qrup sakinin şikayəti əsasında yazılar dərc olunur.

Şikayətçi vətəndaşlar rayonun Əliqasımlı və Ocaqlı kənd sakinləri idi və şikayətçilər susuzluqdan əziyyət çəkdiklərini qeyd edərək bildirirdilər ki, su verilmir deyə onların təsərrüfatı batır. “Sakinlər hələ də sahələrini sulaya bilmir. Bir müddət bundan əvvəl kanalda su dayandırılıb. Nasosları qoyublar, amma işləmir. Suyu Biləsuvar rayon ərazisindən vururlar, ancaq bizim kəndlərə gəlib çatmır. Suyu başqa yerlərə verirlər. İdarənin baş mühəndisi Arif adlı şəxs telefon zənglərimizə cavab vermir, gizlənir. Dünən o və idarənin digər əməkdaşı Gülağa gəlib camaatla görüşdü, söz verdilər ki, su veriləcək, amma verilmədi. Nazirliyə də şikayət etmişik. Mən 25 hektar yer əkmişəm, mənimlə bərabər yüzlərlə insan bu vəziyətdədir. Sahəyə 80 min manat pul qoymuşam, amma məhsul məhv olur. İdarənin nümayəndələri pulumuzu alırlar, ancaq su vermirlər. Dünən biri gəlmişdi idarədən, hərədən 50-100 AZN yığıb verdik ki, su versinlər, amma yenə də vermədilər. Suyu kimə satırlar bilmirik. Halbuki 1000 manata yaxın pul yığıb vermişik” ,-deyə vətəndaş Aslanov Fərmail Ağayar oğlu müxbirimizə bildirmişdi.

Meliorasiya və su təsərrüfatı ASC-nin şöbə müdiri Əjdər Cavadov və Cəlilabad suvarma sistemləri idarəsinin Arif, Gülağa adlı əməkdaşları problemin həll olunacağını, suyun veriləcəyini bildirsələr də bir neçə gündür ki problem aradan qaldırılmayıb.

“Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə bu gün Cəlilabad rayon sakinləri icra başçısının qəbulunda olub.
“Bu gün kütləvi şəkildə ,yüzə yaxın vətəndaş icra başçısının qəbulunda olduq, icra başçısı komissiya yaratdı, bu işlə bağlı, lazım olan yerlərə öz tapşırığını verdi ki, sabahdan su olsun. Qəbulda biz bildirdik ki, Arif adlı şəxs nə edibsə su biz tərəfə verilmir. İcra başçısı da bununla bağlı tapşırıq verdi ki, həmin şəxs işdən uzaqlaşdırılsın”,- deyə şikayətçi vətəndaş müxbirimizə bildirdi.

Biz məsələ ilə bağlı Cəlilabad rayon icra hakimiyyəti, Cəlilabad suvarma sistemləri idarəsi və Meliorasiya və su təsərrüfatı ASC ilə dəfələrlə əlaqə saxladıq. Ancaq iş vaxtı olmasına baxmayaraq qeyd olunan nömrələrə zəng etsək də cavab verən olmadı. Adı çəkilən Arif adlı əməkdaşa isə zəng çatmadı.