backend

Yeni nazir müəssisələri özü yoxlayır — FOTO

Yeni nazir müəssisələri özü yoxlayır — FOTO














Kənd təsərrüfatı naziri İnam Kərimov “Baytarlıq şəhərciyi” Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.
Nazir əvvəlcə “Baytarlıq şəhərciyi”ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasına baş çəkib.

O, daha sonra Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza Mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə yaxından tanış olub.
İ. Kərimov eləcə də Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAİS) və burada görülən işlərlə yaxından tanış olub və ona idxal-ixrac prosesində “bir pəncərə” prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlərlə bağlı məlumat verilib.

Yeni nazir müəssisələri özü yoxlayır — FOTOYeni nazir müəssisələri özü yoxlayır — FOTO