backend

Ekologiya nazirinin nəzərinə: Aftandil Səfərovun Goradıldə QUM və TORPAĞA söykənən SƏLTƏNƏTİ – FOTOLAR

Ekologiya nazirinin nəzərinə: Aftandil Səfərovun Goradıldə QUM və TORPAĞA söykənən SƏLTƏNƏTİ – FOTOLAR













Goradil qəsəbəsində daşınan qum və torpaq yerli sakinlərə böyük təhlükə yaradıb. Azerinews.tv bildirir ki, Goradil bağları ərazisində yaşayan sakinlər redaksiyaya müraciət edərək rast olduqları ekoloji fəlakətdən yazıblar. Bildirək ki, daxil olan məlumatla bağlı həmin əraziyə redaksiyanın əməkdaşları göndərilir. Əməkdaşlarımız məlum hadisə ilə bağlı ərazilə tanış olublar. Məlum olub ki, yaranmış fəlakət təbiətin qanunauyğunluğu deyilmiş. Ekologiya nazirliyinin işbazları tərəfindən Goradil bağlarının torpaq və qum örtüyü tamami ilə məhv edilərək qazanac əldə olunur. Şahidlərin dediyinə görə hər gün 50- yə yaxın maşın həmin ərazidən müxtəlif ərazilərə eləcədə Sumqayta qum daşıyır. Sumqayıtda yerləşən Yeni İnşaat bazarı və Ceyranbatanda məlum ərazi xüsusi satış mərgəzlərinə çevrilib.

İddialara görə, dağıdılan Goradil qum bağlarından yığılıb bazarlara daşınan qum mafiyasının arxasında Aftandil Səfərovla yanaşı Ekologiya nazirliyində kök salan koorrupsaner şəbəkə durur. Bunu qum mafiyasının işbazları da təsdiq edir. Onların dediyinə görə, “bizlik bir iş yoxdu.Nə deyirlər onu edirik. Biz qəpik – quruş qazanırıq. Paçka ilə pullar Aftandil və adamlarının cibinə gedir. Bundan da nazirlikdə yüksək vəzifə sahibi olaanları guya xəbəri yoxdu. Vallah, billah bizim heç bir günahımız yoxdu”(red. bu sözləri deyən işbazın adını müəyyən səbəblərdən açıqlamırıq)

Ekologiya nazirinin nəzərinə: Aftandil Səfərovun Goradıldə QUM və TORPAĞA söykənən SƏLTƏNƏTİ – FOTOLAR












Əldə edilən məlumatlardan məlum olur ki, qum və torpağın satışını Ekologiya nazirliyinin sektor rəhbəri Aftandil Səfərov və ona söykənən bir qrup işbaz həyata keçirir. Bunu Goradildə yaşayan hər kəs iddia edir. Əməkdaşlarımızla söhbətdə sakinlər onuda bldiriblər ki, həmin işbazlar hər gecə 10 MM …, dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlir və bundan sonra yük maşınları işə başlayır. “Kamaz” markalı maşınların bəzilərinin dövlət nömrələri əməkdaşımız tərəfindən qeydə alıb – 90 BM .., 90 MR …, 99 MR …

İddialarda daha sonra bildirilir ki, bu içbazların bir neçəsinə Sumqayıt və Binəqədi Polis idarəsində cinayət işi qaldırılıb və məsuliyyətə cəlb olunub. Amma nədənsə bu problem də öz həllini tapıb.


Ekologiya nazirinin nəzərinə: Aftandil Səfərovun Goradıldə QUM və TORPAĞA söykənən SƏLTƏNƏTİ – FOTOLAR











Azerinews.tv-yə müraciət edən vətəndaşların narahatçılığı əsassız olmadığı hadisə yerinə gedən əməkdaşlarımz tərəfdən sübuta yetirildi. Evlərinin qonşuluğunda hektara yaxın ərazinin metrlərlə dərinliyə qazılması, yaranmış təhlükənin gerçək üzünü ortaya çıxardı.

Ərazidə müşahidə aparan saytımızın əməkdaşı ekoloji fəlakətlə bağlı video və fotolar çəkib. Lakin Ekologiya və Təbii Sərvətlər nazirliyinin sərvət yığanları Goradil bağlarında baş verənlərə laqeyd münasibəti bizimlə bərabər qəsəbə sakinlərinin də narahatçılığına ciddi səbəbdir.


Ekologiya nazirinin nəzərinə: Aftandil Səfərovun Goradıldə QUM və TORPAĞA söykənən SƏLTƏNƏTİ – FOTOLAR









Sonda onuda qeyd edək ki, Goradil sakinləri çözülməyərək düyünə düşmüş bu problemin həllinə görə saytımız vasitəsi ilə Prezidentə və ETSN rəhbərliyinə müraciət edərək kömək istəyirlər…Azerinews.tv
Mövzuya qayıdacağıq.