backend

HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var

HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var

Dövlət məmurlarının özbaşınalığı, qazanc məqsədilə qanunları kobud şəkildə pozmaları haqda ölkə mətbuatında bir-birindən ilginc iddialar yer alır. Hazırda oxuduğunuz yazıda da məmur qanunsuzluğundan söz açılır, amma biz buna yalnız “məmur özbaşınalığı” adı verməkdə çətinlik çəkirik – baş verənlər eyni zamanda Allahsızlıqdır. Çünki qanunsuzluq və fırıldaqla təkcə torpaq və obyekt mənimsənilməyib, həm də bir ailənin son ümidi oğurlanıb, əlindən alınıb.
Beləliklə, gəlin, Orucova Adilə Əkbər qızının Savash.org-un redaksiyasına təqdim etdiyi şikayətlə tanış olaq.

Film kimi hekayənin başlanğıcı...


HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var
Şikayətçi bildirir ki, onun təsisçiliyi ilə qurulmuş “Neve” firmasının paytaxtın Nərimanov rayonu C.Hacıbəyli və T. Əliyev küçələrinin kəsişməsində ticarət köşkü fəaliyyət göstərib. Redaksiyamıza təqdim edilən və fotolarını dərc etdiyimiz sənədlərdən də göründüyü kimi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 22.11.1995-ci il tarixli 483 saylı sərəncamı ilə sözügedən ünvandakı köşkün “Neve” firmasının adına keçirilməsi rəsmiləşdirilib. Sonradan ərazi Orucova Adilə Əkbər qızının adına özəlləşdirilib və həmin firma bu ünvanda qanuni fəaliyyət göstərib. Amma 2011-ci ildə baş verənlər Adilə xanımın yuxuda belə görməyəcəyi olayları yaşadıb ona...

Abdin Fərzəliyevin müavininin adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var“Şahmar İbadovu onların qapısına gətirən səbəb...”

Şikayətçinin sözlərinə görə, özü və ailəsi həmin köşkə və ərziyə son ümid yeri kimi baxırmışlar. Niyyətləri də buymuş ki, haçansa ya köşkləri plana düşər, həmin vəsaitlə gələcəklərini qurmağa çalışarlar, ya da obyekti və ərazini sataraq özlərinə gün ağlayarlar. Amma, necə deyərlər, sən saydığını say, görək Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov nə sayır...
Günlərin bir günü Şahmar İbadov gözlənilmədən bu ailənin qapısını döyür və çox nüfuzlu bir şəxsin onların ərazisini almaq istəməsi xəbərini gətirir...
HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var

“Alıcı Kamaləddin Heydərov, qiymət isə 1 milyon 200 min....”


Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov onlara deyib ki, torpaq sahəsini almaq istəyən şəxs Kamaləddin Heydərovdur, o sadəcə olaraq nazirin sözçüsü olaraq danışır. Əraziyə görə təklif olunan qiymət isə 1 milyon 200 min olub və tərəflər şifahi şəkildə razılığa gəliblər. Bundan dərhal sonra isə əraziyə ağır texnikalar gətirilib, əvvəlcə ticarət köşkü sökülüb, ardınca isə hündürmərtəbəli obyektin təməli qoyulmağa başlayıb. Ərzidə tikinti işinin başlanmasına baxmayaraq hələ də onlara vəd olunan pulun ödənilməməsindən narahat olan qarşı tərəf dəfələrlə Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadovun qəbulunda olub. Şahmar İbadov onlara narahatlığa səbəb görmədiyini, ən yaxın zamada pulun onlara təqdim olunacağına inandırmağa çılışırmış... Amma...
HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var
Abdin Fərzəliyevin müavininin adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var“İl olmuş 2018, puldan xəbər yox, ərazidə isə dörd mərtəbəli obyekt var...”
Artıq tərəflər arasında bağlanmış şifahi sözləşmədən 7 ildən çox zamanın keçməsinə baxmayaraq işdə hansısa irəliləyiş yoxdur. Şikayətçi iddia edir ki, məsələdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun adı halandırılsa da belə olduğuna inanmır. Fotolardan da gördüyünüz kimi indi sözügedən qalmaqallı ərazidə dördmərtəbəli obyektin inşası davam etdirilir. Torpaq sahəsi qanuni sənədlərlə Orucova Adilə Əkbər qızına məxsus olsa da o indi nə torpağına sahib çıxa bilir, nə də ona vəd olunmuş vəsaitini ala bilir. Belə bir anlaşılmaz durumun nə vaxta qədər davam edəcəyini isə bilən yoxdur.
HƏRİMANOV RAYON İH-da NƏ BAŞ VERİR: Abdin Fərzəliyevin müavini Şahmar İbadovun adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da var
Abdin Fərzəliyevin müavininin adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da varŞahmar İbadov Savash.org-a danışdı: “10 min manat pul və ev verilib...”
Kələfin ucunu tapmaq məqsədilə Savash.org-un əməkdaşı Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadovla telefon əlaqəsi yaradaraq məsələyə münasibətini öyrənib. Şahmar İbadov saytımıza açıqlamasında həmin ərazidə kiçik bir köşkün olduğunu və həmin köşkə görə qarşı tərəfə 10 min manat məbləğində kompensasiya və Mehdiabad qəsəbəsində 2 otaqlı mənzilin verildiyini söylədi: “Bu məsələnin üstündən illər keçəndən sonra yenidən qaldırılmasının arxasında hansı məqsədlərin dayandığı anlaşılmazdır”.
Nərimanov RİH təmsilçisinin iddiası ilə bağlı qarşı tərəfin cavabı isə belə olub: “Bizə nəinki 10 min manat heç 20 qəpik də verilməyib. Hər halda bu pulun verilməsini təsdiqləyən hansısa sənəd olmalıdır, xahiş edirik, Şahmar İbadov həmin sənədi təqdim etsin. Guya bizə Mehdiabad qəsəbəsində 2 otaqlı mənzilin verilməsi ilə bağlı deyilənlər də ağ yalandan başqa heç nə deyil” .
Abdin Fərzəliyevin müavininin adı 1 milyon 200 minlik qalmaqalda: İşin içində Kamaləddin Heydərov da varŞikayətçi sonda ərazini guya Kamaləddin Heydərovun alması ilə bağlı Şahmar İbadovun dediklərinə də inanmadığını bildirdi: “Əgər ərazi doğrudan da hörmətli Kamaləddin Heydərova lazımdırsa biz oranı bir qəpiksiz də ona bağışlaya bilərik. Amma əminik ki, belə deyil və burada hörmətli nazirin adından sui-istifadə var”.

P.S, Kifayət qədər anlaşılmaz və ziddiyyətli olayı sonacan araşdırmaq niyyətindəyik. Odur ki, məsələylə bağlı araşdırmalarımız davam edir və mövzuya qayıdacağıq.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
QAYNARXETT.AZ