backend

Sahil Babayev də islahatlara başladı - Yüksək vəzifəli şəxslər işdən çıxarıldı

Sahil Babayev də islahatlara başladı - Yüksək vəzifəli şəxslər işdən çıxarıldı














Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib.

Mia.az xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.