backend

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

















Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür.