backend

Tibb Universitetinin rektorunu kimlər aldadır?

Tibb Universitetinin rektorunu kimlər aldadır?














Klinikaya gələn gəlirin böyük hissəsi Aydın Vəliyevlə klinikanın direktoru Alqış Səfərov arasında bölüşdürülür

Hər zaman Azərbaycanın ən aparıcı universitetlərindən biri olan Azərbaycan Tibb Universiteti bu gün acınacaqlı duruma düşüb. Universitetin rektoru Gəray Gəraybəyli kifayət qədər ciddi alim olsada, universitetdə nimaz-intizam yaratmağa çalışsa da universitet daxilində ki, müəyyən qruplaşmalar tam bunun əksini etməkdədirlər. Belə ki, universitetin rəhbərliyində olanlardan bəziləri sözün həqiqi mənasında bazar açıblar və gündəlik yüz minlərlə manat pul dövriyyəsində işlər görülür. Bu işləri həyata keçirənlərdən biri də universitetin inzibati və təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışan Aydın Vəliyevdir. Bir zamanlar rektor köməkçisi kimi universitetdə bir çox qaranlıq işlərə əl qoyan Aydın Vəliyev bir müddət oyundan kənar vəziyyətdə qalsa da yenidən mövqelərini gücləndirib və hazırda ətrafına topladığı dəstə ilə rektor Gəray Gəraybəylinin də xəbəri olmadan bir çox sahələri faktiki nəzarətinə götürüb. Məhz onun dəstəyi ilə universitetə tabe olan Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası az qala universitetlə hesablaşmamaq həddinə çatıb və klinikaya gələn gəlirin böyük hissəsi Aydın Vəliyevlə klinikanın direktoru Alqış Səfərov arasında bölüşdürülür.

Tibb Universitetinin rektorunu kimlər aldadır?

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının ələ keçirilməsi üçün isə Aydın Vəliyev bütün gücünü səfərbər edib. Aydın Vəliyevin universitetdə bu qədər imkanlara sahib olması isə onun rektordan narazıları ətrafına toplaması ilə bağlıdır. Belə ki, rektor Gəray Gəraybəyli yenilik tərəfdarıdır və gəldiyi gündən universitetdə islahatlara başlayıb. Adi kompyuterdən belə istifadə edə bilməyən professor və bir çox müəllimlər bundan əndişəyə düşüb və hər addımda Gəray Gəraybəyliyə zərbə vurmağa çalışırlar. Uzun illər bu şəxslərlə bir yerdə işləyən Aydın Vəliyev isə yaranmış durumdan istifadə edir. Onu da qeyd edək ki, Aydın Vəliyev məsul olduğu sahədə də lazımi “işləri” görə bilir.
Araşdırmamız davam edir bu haqda növbəti sayımızda.
ismaric.az
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


Tibb Universitetinin rektorunu kimlər aldadır?