backend

Hacıqabulda baş verən qəza ilə bağlı rəsmi AÇIQLAMA

Hacıqabulda baş verən qəza ilə bağlı rəsmi AÇIQLAMA














Hacıqabul rayonu ərazisində baş verən yol qəzası zamanı hadisə yerinə ilk olaraq Dövlət Yol Polisi əməkdaşları gəlib və sərnişinlərə operativ yardım göstərilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

O.Mansurzadənin sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək təcili tibbi yardım briqadası çağırıb:

"Polislər hadisə nəticəsində panikaya düşən sərnişinlərə psixoloji yardım göstərib, ilk olaraq polis əməkdaşları xəsarət alan 1 nəfərin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər. Ehtiyac olan digər sərnişinləri də digər rayonların tibb müəssisələrinə yola salıblar. Daha sonra yol polisləri əraziyə başqa sərnişin avtobusu dəvət edib, sərnişinləri həmin avtobusla Bakıya yola salıblar. Həmin turist sərnişinlər yol polisinin müşaiyəti ilə Bakıdakı müvafiq ünvanlara çatdırılaraq təhvil verilib”.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.

Hadisə vaxtı avtobusda 20 şagird və 10 valideyn olub. Hadisə nəticəsində 18 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.