backend

Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...

Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...
















Aprel döyüşlərimizin qazisi, Tovuz rayon Alakol kənd sakini, gizir İbadov Elvin Hacı oğlu Moderator.az-a açıqlamasında “Azərişıq” ASC-nin Tovuz Elektrik Şəbəkəsi tərəfindən tikdiyi istixanaya elektrik enerjisinin verilməməsindən şikayətlənib. Qazimiz bildirib ki, onlar bunu qəsdən edirlər:

“Mən İbadov Elvin Hacı oğlu 1988-ci il Tovuz rayon Alakol kəndində anadan olmuşam. Ailəliyəm. On iki il Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı Bölüyündə xidmət etmişəm. Dəfələrlə ən ağır əməliyyatlarda iştirak etmişəm. Şanlı aprel döyüşlərimiz zamanı yaralandığım üçün ordu sıralarından tərxis olundum. Kəndimizdə pay torpağımızda istixana tikmək üçün dövətdən kredit götürdüm və istixananı tikdim. İstixanaya elektrik enrjisinin verilməsi üçün Gəncə şəhərində yerləşən “ASAN Xidmət”də 630 manat dövlət rüsumunu ödədim.Tovuz rayon Elektrik Şəbəkəsində isə onlara rüşvət vermədiyim üçün istixananı elektrik enerjisi ilə təmin etməkdən imtina edirlər. Transformatorla tikdiyim istixananın arasındakı məsafə 280 metrdir. Lakin Tovuz rayon Elektrik Şəbəkəsinin işçiləri və başda sədri Kəmalə xanım olmaqla iddia edirlər ki, məsafə 450 metrdir və buna görə də mənim istixanamı elektrik enerjisi ilə təmin etməkdən imtina edirlər. Bunlar qazi olduğumu bilə-bilə mənə bu cür hörmətsizlik edirlər. Xahiş edirəm aidiyyatı qurumlar problemimin həll olunması üçün mənə kömək etsinlər”.

Məsələylə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. \\moderator.az\\