backend

"Sərdar Cəlaloğlu ingilislərin agentidir" — tanınmış analitikdən ŞOK AÇIQLAMALAR

"Sərdar Cəlaloğlu ingilislərin agentidir" — tanınmış analitikdən ŞOK AÇIQLAMALAR














"Sərdar Cəlaloğlu Türkiyə-Azərbaycan konfederasiyası yaradılması məsələsini qaldırmaqla təxribat yaratmağa çalışır".
Bu sözləri açıqlamasında tanınmış yazıçı publisist, siyasi analitik Tahir Cəfərli bildirib.

T.Cəfərli deyib ki, Sərdar Cəlaloğlunun sözügedən təklifi Azərbaycan dövlətinin zərərinədir:
"Bütün dünya Azərbaycanın müstəqilliyini qəbul edib. Aydın məsələdir ki, müstəqil ölkənin öz ərazisi, sərhəfdləri və müstəqil əhalisi olmalıdır. Azərbaycanın müstəqilliyi BMT tərəfindən də tanınır. BMT Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın işğalçı ölkə olduğunu da tanıyır. Artıq biz erməni işğalı altında olan torpaqları azad etməyə başlamışıq. Hazırda Ermənistanda xaos hökm sürür, cəmiyyət parçalanıb. Təsəvvür edin ki, belə bir həssas məqamda Sərdar Cəlaloğlu dünya ermənilərini Azərbaycana qarşı birləşməyə təhrik edir. Deyir ki, Azərbaycan Türkiyə ilə birləşib Ermənistanı əzsin. Sabah ermənilər də deyəcək ki, biz də başqaları ilə birləşək vəsairə. Bu çox səhv fikirdir, təxribatdır, Azərbaycanın müstəqilliyinə qarşı yönəlib".

O qeyd edib ki, Azərbaycan heç zaman konfederasiya ola bilməz:
"Çünki BMT-nin bununla bağlı müvafiq qərarı var. Sərdar Cəlaloğlu dünyada 1992-ci ildən bəri bir ölkə göstərsin ki, o konfederasiyaya çevrilib. Bu konfederasiyanın yaradılması o deməkdir ki, BMT-nin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı qəbul eetdiyi qərarları, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı qətnamələri heç olur. Bu Azərbaycan dövlətçiliyinə və prezident İlham Əliyevə qarşı təxribatdır. Çünki ölkə başçısı hər zaman bildirir ki, müsəlman dövlətləri heç zaman birləşib xaristian dövlətlərinə qarşı olmayıb. Sərdar Cəlaloğlunun bu cür fikirləri çox səhvdir və yolverilməzdir".

T.Cəfərli vurğulayıb ki, Sərdar Cəlaloğlu bu cür fikirləri ilə Azərbaycan prezidentini xarici təzyiqlər altında qoymağa çalışır:

"Sərdar Cəlaloğlunun ailə üzvləri və qardaşı Qurban Məmmədov Qərb ölkələrində sığınacaq alıb. Əslində, bu amil hər şeyi deyir. Xaricdə siyasi sığınacaq almaq üçün gərək daxildə nə isə qələt edəsən, ölkə daxilində təxribat yaradasan və sairə. Buradan aydın olur ki, bu tapşırıqlı oyundur. Mən bunu ingilislərin Azərbaycana qarşı çirkin oyunu hesab edirəm. Hamıya yaxşı məlumdur ki, ingilislər də ermənipərəstdirlər. Sərdar Cəlaloğlu da ermənipərəslərin sözünü deyir, onların agentidir. Təsəvvür edin ki, indi biz qələbə ərəfəsindəyik. Naxçıvanda Qarabağın yarısı qədər ərazi boşaldılıb, işğaldan azad olunub. Bunun dalınca da digər işğal altındakı ərazilərimiz azad olunacaq. Belə bir məqamda Sərdar Cəlaloğlu təxribat çıxışlar edir. Bu, Azərbaycana qarşı olan ən böyük təxribatlardan biridir".