backend

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu














Bu gün xərçəng xəstəliyindən dünyasını dəyişən nazir Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub

Axar.az xəbər verir ki, o, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Mərhum nazir Yavər Camalov 1972-ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989-1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən, ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən ilin 15 sentyabrında mərhum nazirin oğlu Rövşən Camalov Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi. 44 yaşlı Rövşən Camalov da xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!