backend

Laçının İcra başçısından şok ittiham

Laçının İcra başçısından şok ittiham













Əliqulu İbrahimov: “Öz vətənimdə qalıb son nəfəsimə qədər haqsızlığa qarşı mübarizə aparacağam. Çünki mən Prezidentimə inanıram və ona arxalanıram”


Bildirək ki, son dövrlər Laçın sakinləri tərəfindən mətbuata xeyli sayda şikayət məktubları daxil olur. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu şikayətlərin əsas hədəfi isə icra başçısı Akif Səlimovdur. qaynarxett.az-ya müraciət edən laçın rayon sakini Əliqulu İbrahimov bildirir ki, o, dəfələrlə Laçın rayonunda baş verən ciddi qanunsuzluqlar barədə ölkə mediasında çıxış etsə də Akif Səlimov edilən şikayətləri araşdırmaq və tədbir görmək əvəzinə tamam fərqli yol tutub. O mətbuatda yaxın olduğu adamlara pul verərək, onu təxribatçı və nurçu adlandıraraq şantaj edir.

Əliqulu İbrahimov bildirir ki, Laçının icra başçısı Akif Səlimov rayon əhalisi arasında heç bir nüfuzu olmayan adamlardan aldığı pula görə, vəzifələrə təyin etməsi laçınlı ağsaqqal və ziyalılar tərəfindən qəbul edilmir. Buna görə də, Akif Səlimov qınaq obyektinə çevrilib: «İş o yerə çatıb ki, sakinlərin bir çoxu çıxış yolunu rayonun qeydiyatından çıxmaqda görürlər. Alverçi Yusif Hüseynovu mədəniyyət şöbəsinə müdir, sələmçi Hüseyn Səfərovu dairəyə sədr təyin edən icra başçısından yaxşı heç nə gözləmək olmaz».

Şikayətçi bildirir ki, Laçının icra başçısı rayonun kürd əsilli sakinlərindən qorxduğu üçün M.Musayevi yol idarəsinə müdür təyin edib.

O qeyd edir ki, icra başsının əlində əsir-yesir qalan laçınlılar nə edəcəklərini bilmirlər: "Dərdimizə qalan yoxdu. İşimiz bir olan Allaha qalıb. Akif Səlimov vəzifələri pulla satır. Gör, Laçın rayonu nə günə qalıb ki, seçki dairəsinə sədr olaraq Hüseyini təyin ediblər. Bu, o, Hüseyindir ki, məktəb direktoru işləyəndə kişiləri də analıq məzunuyyətinə çıxardırdı".

Ə.İbrahimov qeyd edir ki, icra başçısı Laçın camatının çoxunu faizlə yükləyib, dilənçi sifətinə salan Hüseyini dairə sədri vəzifəsini verməklə onlara böyük hörmətsizlik edib. "Prezidenti aldatmasınlar. Bir müddət əvvəl Qarabağ müharibəsi veteranı özünü yandırdı. Hazırda Laçında vəziyyət çox pisdi. Belə davam edərsə, kütləvi narazılıqlar olacaq".

Şikayətçi bildirir ki, yuxarı instansiyalara, mətbuata şikayət etdiyi üçün onu işdən çıxararaq 10 gün həbs etdiriblər. Çünki o, dəfələrlə rayonda baş verən qanunsuzluqlar barədə prezident aparatına şikayət məktubu yazıb. O iddia edir ki, Laçın rayon Mədəniyyət və Turizm şöbəsinə yeni müdir təyin olunan Yusif Hüseynov külli miqdarda pul hesabına vəzifə sahibi olub. "Akif Səlimov Yusif Hüseynovu 65 min manata şöbə müdiri təyin edib".

Əliqulu İbrahimov məktubunun sonunda bildirir ki, mən hüquqları tapdalanan başqaları kimi xarici ölkələrdən sığınacaq istəməyəcəyəm, öz vətənimdə qalıb son nəfəsimə qədər haqsızlığa qarşı mübarizə aparacağam. Çünki mən Prezidentimə inanıram və ona arxalanıram.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.