backend

Laçın sakini Prezidentə müraciət etdi

Laçın sakini Prezidentə müraciət etdi




















Öz millətini sevən bir vətəndaş kimi Sizdən xahiş edirəm Laçin rayon İcra başçısı haqda tədbir görəsiniz

Laçın rayonu Kalafalıq kənd sakini Əliquqlu İbrahimovun qaynarxett.az-ya göndərdiyi şikayətləri vaxtaşırı çap edib oxucularımıza təqdim etmişik. O, bu gün elektron poçtumuza göndərdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladığı yeni şikayət ərizəsinin surətini göndərmişdir. Həmin məktubu olduğu kimi oxucuların nəzərinə çatdırırıq.


“Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev cənablarına
Laçın rayon Kalafalıq kənd sakini İbrahimov Əliqulu tərəfindən


Ə R İ Z Ə

Yazıb sizə bildirirəm ki, Akif Səlimov rayon İcra başçısı seçilənədən sonra Laçınlılar üçün qara günlər başlayıb. Sosial şəbəkələrdə Azərbaycan Respublikasının dövlətinə, millətinə, dövlətinin prezidentini təhqir edən həmin şəxslər məktəb direktoru təyin olunmuşlar. YAP-ın üzvü olduğum üçün millətimin, dövlətimin prezidentini sevdiyim üçün Laçın rayon İcra başçısına öz etirazımı bildirdim. O mənə dedi ki, sən vətənpərvərsən. Amma sən bilirsən ki, vətənpərvər insanların sonu yoxdur. O gündən bu günə məni şərlətdirdi. Güya ki, Laçın rayon İcra hakimiyyətində stolu qırmışam. Araşdırma gedərkən fakt öz təsdiqini tapmadığı üçün yenidən məhkəmə fasilə elan etdi. Prokuror müzakirə apardı və razılaşmadı. Çünki, Akif Səlimovun sifarişi ilə tutulmalı idim. Mən həbs edildim. CM-nin 296-cı maddəsi, yəni kiçik xuliqanlıqla 10 sutqa həbs edildim. Laçın rayon məhkəməsi dedi ki, sən sosial şəbəkələrdən çıxmalısan. Mən dedim ki, o mənim şəxsi işimdir. Eyni zamanda, Laçın rayon İcra başçısı Akif Səlimov, yəni keçmiş Polis rəisi insanları şantaj etdirir. Saytlar vasitəsi ilə məni şantaj etdirirlər. Guya ki, mən nurçuyam. Hansı ki, mənim nurçuluq deyilən anlayış barədə heç bir bilgim yoxdur.

Cənab Prezident! Millətinin başçısını sevən bir vətəndaş nə səbəbə görə həbs edilir? Mən millətimi, dövlətimi, üç rəngli bayrağımı yenə dunya qədər sevəcəyəm. Buna görə də mənə nə qədər cəza versələr də mən çəkməyə hazıram. İcra başçısı qaçqınların problemi ilə maraqlanmır. Kim ondan yuxarı nazirliklərə ərizə yazıb məlumat verəndə həmin şəxsləri iclasda söyüşlərlə təhqir edir. Heç kəsin şikayətinə baxılmır.

Cənab Prezident! Ölməz prezidentimiz Heydər Əliyevin bir kəlamı vardır: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, Azərbaycanlıyam. Bu müraciətdən sonra inanıram ki, həbs olunmayacam. Öz millətini sevən bir vətəndaş kimi Sizdən xahiş edirəm Laçin rayon İcra başçısı haqda tədbir görəsiniz.

İmza: İbrahimov Əliqulu”