backend

Bu gecədən işıqpulu artırılacaq? - TARİF ŞURASINDAN AÇIQLAMA

Bu gecədən işıqpulu artırılacaq? - TARİF ŞURASINDAN AÇIQLAMA















Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil.
Bəzi saytların yaydığı məlumata görə, "Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılacağı bildirilib.

Bu qəbildən olan xəbərlər sosial şəbəkələrdə müzakirələrə və panikaya səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşib.Modern.az