backend

Biləsuvarın icra başçısı da kiminsə yazdığı kitabı oxumur... - Başçı haqda ŞOK İDDİA

Biləsuvarın icra başçısı da kiminsə yazdığı kitabı oxumur... - Başçı haqda ŞOK İDDİA













Dünən Azərbaycanın Quba rayonunda bir faciə yaşandı. İstirahət mərkəzlərini birində kanat qırıldı və nəticədə ələn və xəsarət alanlar oldu. Amma bu faciəvi olaydan daha çox, olayın baş verdiyi rayonun icra başçısı Ziyəddin Əliyev diqqətləri cəlb etdi. Belə ki, başçının hadisə ilə bağlı məlumat almaq istəyən jurnalistə "Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram” deməsi hələ çox deyiləcək.

Qeyd edək ki, Ziyəddin Əliyev vəzifəsində yenidir. Və çox güman buna görədir ki, bu gün ölkədə baş verən proseslərə ayaq uydura bilmir. Fərqinə varmır ki, onun bu köntöy açıqlaması prezident İlham Əliyevin yürütdüyü siyasətlə daban-dabana ziddir və onun bu kobudluğu sərt cəzaya gətirib çıxara bilər. Çünki prezidentimiz dəfələrlə məhz Ziyəddin Əliyev kimi məmurlara "Sizi xalqa xidmət üçün təyin etmişəm" xitabını ünvanlayıb.

Nə isə... Amma görünəni odur ki, eyni yanlışı təkcə yenilər buraxmır. Elə köhnələr də təkrar-təkrar xalqa qarşı siyasətlərini davam etdirməkdədirlər. Bununla bağlı DİA.AZ-a müraciət edən Biləsvuar sakinləri yazır:

"Qubanın icra başçısının dediklərini oxuyanda Biləsuvarda "icra başçısı dəyişsin" tələbimizdən vaz keçdik. Şünki elə gələn yenisi də hazırki başçı Mahir Quliyevin tayı olacaqsa, nə fərqi? Onsuz da Mahir Quliyev də kiminsə kitabını oxumur... Nə edilən şikayətlərə baxır, nə də xalqın ah-naləsinə... Onun özünü də sorğu-sual edən yoxdur".

Müraciətdə daha sonra deyilir: "Bu gün Biləsuvar İranla həmsərhəddir. Hər zaman hansı təhlükəni yaşadığımızı yaxşı bilirik. Amma məhz Mahir Quliyev kimi yarıtmaz kadrların sayəsində Biləsuvarda durum günü-gündən gərginləşir. Bunu dövlətimiz mütləq nəzərə almalıdır və bu rayona həqiqiətən də xalqı, dövləti sevən rəhbər təyin etməlidir ki, camaat narazı düşməsin. Çünki narazı camaat dərdinə çarə görməyəndə düşmənlərin şirnikləndirici təkliflərinə uyur ki, bundan da dövlətimiz ziyan çəkir".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.