backend

Bu şəhərdə illik gəliri 200 min manat olan ailələr kasıb sayılacaq

Bu şəhərdə illik gəliri 200 min manat olan ailələr kasıb sayılacaq















ABŞ hökumətinin rəsmi məlumatlarına görə San Fransisko şəhərində yaşayan və illik gəliri 200 min manat olan ailə artıq yoxsul ailə sayılacaq.
Nazirlikdən verilən hesabata əsasən, 6 rəqəmli maaş qazanan bir işçinin yoxsul sayıldığı şəhərlər arasında San Fransisko, San Mateo və Marin Kauntis də göstərilib.

Eyni bölgədə 4 nəfərlik ailə əgər ildə 73 min 300 dollardan aşağı gəlir əldə edirsə, bu çox az gəlir qrupuna daxil edilir. San Fransisko ABŞ-da maaşların ən yüksək olduğu şəhərdir.

San Fransiskoda 117.400 dollar zəif gəlir hesab edilir və amerikalıların üçdə ikisi bu həddən aşağı maaş alır. Amerikada ümumi olaraq 4 nəfərlik bir ailənin illik gəliri 91 min dollardır. 326 milyon əhalisi olan ABŞ-da 40 milyon insanın gəliri 4 nəfərlik ailə üçün yoxsulluq sərhədi olan 25 min 100 dollardan azadır.
San Fransiskoda həkimlərin illik maaşı 193.400, standart şirkət direktorunun maaşı 167.300 dollardır. Proqramçıların standart maaşı isə 117 min dollardır.
San Fransiskoda ən az maaş kənd təsərrüfatı sektorundadır. Bu sektorda işləyən bir nəfərin illik maaşı 18.500 dollardır.
Şəhərdə ev kirayəyə götürmək də bahadır. Məsələn, iki otaqlı standart bir mənzilin aylıq kirə xərci 2.121 dollardır.