backend

Qələndər Muxtarlı İsgəndər Həmidovu qabaqlamaq istəyir...

Qələndər Muxtarlı İsgəndər Həmidovu qabaqlamaq istəyir...

























Keçmiş daxili işlər naziri qurultayı fevralda, onun rəqibi isə noyabrda qurultay keçirir...

Azərbaycan Milliyətçi Demokrat Partiyasının Qurultaya hazırlıq üzrə təşkilat komitəsindən verilən məlumata görə 16 Noyabr 2014-cü ildə Partiyanın növbəti qurultayı keçiriləcək.

Bu barədə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Qələndər Muxtarlı məlumat verib. Onun verdiyi məlumata görə Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 50-yə yaxın üzvü var. Onların mütləq əksəriyyəti Bakı Dövlət Universitetinin Tarix, Hüquq və digər fakultələrinin Milli Azadlıq hərəkatında və Qarabağ savaşında fəal iştirak etmiş üzvləridir.

Təşkilat Komitəsi üzvlərinin qəbul etdiyi müraciətdə deyilir:

"Biz ciddi müzakirələrdən sonra Milli Azadlıq Hərəkatında fəal təşkilatçı və iştirakçısı olaraq, Qarabağ savaşının veteranları, Milliyyətçi Demokrat Partiyasının üzvləri bildiririk ki, partiyamızın növbəti qurultayını keçirmək məsuliyyətini öz üzərimizə götürürük. Və bu günlərdə Milliyyətçi Demokratik Partiyanınn ideolojisini, hədəflərini növbəti dəfə Azərbaycan cəmiyyətinə açıqlayacağıq."

Müraciətdə daha sonra deyilir:


"Bildiririk ki, Vətənimiz işğal altındadır. Milliyyətçilik də ərazisində qondarma düşmən dövlət yaradılan, qanuni və tarixi torpaqlarının əhəmiyyətli bir hissəsi əsarət altında olan, zəngin tarixə malik, qüdrətli bir Millətə, Azərbaycan türklərinə onlarının şərəfli tarixinə adekvat deyil və biz bu vəziyyəti, "Status kvonu" qəbul etmirik.
Biz torpaqlarımızın hər hansı bir formada işğalını qəbul etmirik və Vətənimizin, o cümlədən əhalimizin əsarətini qəbul etmirik, etməyəcəyik.
Bizimlə eyni mövqedə olan bütün vətəndaşlarımızı sıralarımızda birləşməyə və Mübarək Vətənimizin Müdafiəsi istiqamətində sıralarmzda olmasını arzu edirik!"
Xatırladaq ki, bu gün keçmiş daxili işlər naziri, rəhbəri olduğu partiya iki qanada parçalandığından hər biri ayrı-ayrılıqda qurultaya gedən təşkilatlardan birinin lideri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında qurultaylarını gələn ilin fevralında keçirəcəklərini bildirmişdi.