backend

Bakı məktəbində şagirdlərə verilən müəmmalı dərmanlar – VİDEO

Bakı məktəbində şagirdlərə verilən müəmmalı dərmanlar – VİDEO






















Valideynlər narazıdır.

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbdə şagirdlərə 16 saylı poliklinika tərəfindən müəmmalı hesab edilən dərman paylanılıb.

qaynarxett.az ANS-ə istinadən xəbər verir ki, Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə 1-5-ci sinif şagirdlərinin valideynlərinə gözlənilmədən xəbərdarlıq edilib.

Məktəbin divarlarında asılan elanda valideynlərin nəzərinə çatdırılır ki, sizin uşaqlarınız həb qəbul etməlidir. Amma valideynlərə övladlarının həmin həbi nə məqsədlə qəbul etməli olduğu bildirilmir.

Bəzi valideynlər artıq övladlarının həmin həbdən qəbul etdiyini və heç bir pis nəticə vermədiyini deyir.

Səhiyyə Nazirliyindən də öyrəndik ki, proqram Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ibtidai sinif şagirdləri arasında helmintozların profilaktikası və müalicəsi məqsədilə həyata keçirilir.

Nazirlik əmin edir ki, bu həblərin qəbulunda heç bir təhlükə yoxdur. Həmçinin dərman preparatları təkcə Hövsan qəsəbəsində deyil, ölkənin 18 rayonunda yerləşən bütün məktəblərin ibtidai sinif şagirdlərinə də veriləcək.