backend

Məşhur “Santa-Klaus” öldü – VİDEO

Məşhur “Santa-Klaus” öldü – VİDEO






















Onun 87 yaşı var idi.

Coca-Cola və digər şirkətlərin reklam çarxlarında “Santa-Klaus” rolunda çəkildikdən sonra bütün dünyada məşhurlaşmış qeyri-peşəkar aktyor Con Mur 87 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Murun aktyor təhsili olmayıb. O, boş vaxtlarında yaşadığı Böyük Britaniyanın Berces Hill şəhərində taksi sürücüsü, yaxud barmen işləyib.

Murun dəfn mərasimində minlərlə insan iştirak edib. Coca-Cola öz reklam kampaniyalarında “Santa-Klaus” obrazından ötən əsrin 30-cu illərindən istifadə edir. Mur şirkətlə son onilliklər ərzində əməkdaşlıq edib.