backend

Binəqədinin yeni başçısının əsas hədəfi - İDDİA

Binəqədinin yeni başçısının əsas hədəfi - İDDİA
















Binəqədi Rayon İcra Hakimiyyətinin yeni təyin edilmiş başçısı Elxan Allahverdiyev yeni islahalatlara hazırlaşır. Editor.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, yeni başçı həm icra hakimiyyətinin daxili strukturunda, həm də rayon idarələrində kök salan keçmiş icra başçısı Xaləddin İsgəndərovun kadrlarından qurtulmaq qərarı verib. Mənbə qeyd edir ki, Elxan Allahverdiyevin yollarını ayırmağa hazırlaşdığı ilk məmur başçının müavini Aygün Əliyeva olacaq. İddialara görə, artıq icra başçısı xanım müavinini yola salmaq üçün müvafiq addımlar atmağa başlayıb.
Mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki, xanım müavin Aygün Əliyevanın adı bir çox qalmaqallarda hallanır. Məsələn, veteninfo.az saytı yazır ki, Fazil Məmmədov vergilər naziri postundan azad ediləndən sonra, Binəqədi Rayon İH-nin bəzi yüksək vəzifəli şəxsləri özlərinə yeni iş yerləri axtarmağa başlayıb:

“Məlumata görə, bunu eşidən keçmiş nazirin qohumu olan başçı Xaləddin İsgəndərov bərk qəzəblənib və hətta bununla bağlı dar çərçivədə iclas da keçirib. Başçını ən çox qəzəbləndirən isə onun özünün seçərək müavin təyin etdiyi Aygün Əliyeva ilə bağlı məsələdir”.

“Aygün Əliyevanın ən gənc xanım olaraq icra başçısının müavini təyin edilməsi gündəmi bir xeyli məşğul etmişdi. Bu addım Xaləddin İsgəndərovun Aygün Əliyevaya böyük etimadı idi. Məlumatda iddia edilir ki, Fazil Məmmədov işdən azad olunduqdan sonra, bunu eşidən Aygün Əliyeva bir çox yerlərə müraciət edərək özünə yeni iş yeri axtarmağa başlayıb. Bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib. O, keçirilən iclasda Aygün Əliyevanı ona sədaqətsizlikdə ittiham edərək, işdən azad edəcəyini bəyan edib. İddiaya görə, icra başçısı bunun üçün əsaslarının olduğunu da dilə gətirib. İddialara görə, başçı Aygün Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyəti üçün aldığı güllərdə maxinasiya edərək 5 000 manat mənimsədiyini və buna görə, cavab verməli olacağını bildirib”-deyə, sayt yazır.

Veteninfo.az yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonunun “Zeytunluq” deyilən ərazisində Aygün Əliyeva üçün torpaq ayırıb və ona orada icra hakimiyyətinin hesabına villa tikdirirmiş. Bu hadisədən sonra keçmiş başçı o villanın da Aygün Əliyevadan alınması haqqında tapşırıq verib.

Yazılan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az