backend

“Karvan” Ticarət Mərkəzinin əsl sahibi Ziya Məmmədov çıxdı

“Karvan” Ticarət Mərkəzinin əsl sahibi Ziya Məmmədov çıxdı











Sumqayıtdakı “Karvan” nəqliyyat nazirinin imiş; Ağamirzə Əhədov bazarın “faizli xozeyni”dir; “Nəqliyyat nazirinin obyektini ard-arda yandırmaqla ona göz dağı verirlər”

Son vaxtlarda iki dəfə güclü yanğının baş verdiyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzinin əsl sahibi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

“Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, Sumqayıtdakı iri alış-veriş mərkəzlərindən olan “Karvan”ın əsl sahibi heç də Ağamirzə Əhədov deyil. Məlumatda bildirilir ki, “Karvan” əvvəllər Sumqayıtın kolxoz bazarı kimi fəaliyyət göstərib. Sonradan isə A.Əhədov müəyyən yollarla həmin ərazini bir az da artıraraq onun yerində hər ay milyonlarla manat gəlir gətirən ticarət mərkəzi inşa etdirib.

Məlumatda bildirilir ki, A. Əhədov vaxtilə sabiq prezident Ayaz Mütəllibovun qatı tərəfdarı olub və onun o zaman - Mütəllibov Corat məscidində olarkən elədikləri hələ də sumqayıtlıların yadından çıxmayıb. AXC-Müsavat iqtidarı dövründə isə A. Əhədovun qanunsuz əməlləri təftiş olunub və bazar onun əlindən alınaraq o dövrdə “Mebel Mais” kimi tanınan başqa bir iş adamına verilib və bu iş məhkəmə çəkişməsinə qədər uzanıb.

Nəticədə isə əslən Ucar rayonundan olan A. Əhədov o dövrdə hakimiyyətin üst düzeyində təmsil olunanlarla çox yaxşı münasibətləri olan həmyerlisi Adil Minbaşının vasitəsilə yenidən bazara sahiblənə bilib.

Bu məsələnin üzərindən illər keçdikdən sonra bazarın yenidən A. Əhədovdan alınması məsələsi gündəmə gəlib. Bu dəfə isə A. Əhədov başqa bir həmyerlisinə - nəqliyyat naziri Ziya Məmmədova sığınıb. Məlumatda bildirilir ki, Z.Məmmədov A.Əhədova bu məsələdə “krışalıq” etməyə razılaşıb. Amma öz şərtlərini də irəli sürüb.

Tərəflər arasında razılaşma belə olub ki, Sumqayıt kolxoz bazarının yerində inşa edilən “Karvan” Ticarət Mərkəzi faktiki olaraq Z. Məmmədovun olur, A. Əhədovsa oranı işlədərək, hər ay gələn gəlirdən faizini götürür.

Elə ticarət mərkəzindəki ticarətçilər də A.Əhədovu “faizli xozeyin” kimi tanıyırlar. Amma son vaxtlarda ard-arda iki dəfə ticarət mərkəzində güclü yanğının baş verməsi və onlara dəyən zərərin əvəzində adekvat kompensasiya ala bilməmələri orada fəaliyyət göstərən ticarətçiləri narahat edir. Üstəlik, onlar baş verənlərin A.Əhədova qarşı olduğunu yox, Z.Məmmədovla əlaqədar olduğunu düşünürlər. Ticarətçilər bu yanğınları təsadüfi və hansısa nasazlıq ucbatından baş vermədiyini deyirlər.

Bu yanğınların qəsdən törədilməsi ehtimalını A.Əhədov da hadisə ilə bağlı danışarkən dilə gətirib.

Ticarətçilərin də dediklərindən belə anlaşılır ki, nəqliyyat nazirinin böyük bir obyektini ard-arda yandırmaqla bir növ ona göz dağı verirlər.

Bunun arxasında hansı qüvvələrin dayandığı isə Z.Məmmədovun özünə bəlli olsa da, hələlik nə “Karvan”dakı ticarətçilərə, nə də mətbuata bəlli deyil.

"Anar Məmmədov cangüdəninin qətlini 500 min dollara sifariş edib"

2013-cü il, may ayının 14-də bir nəfərin silahla yaralanması olayı Türkiyədəki "Hürriyet" qəzetinin səhifəlrinə düşüb.

Hadisə adi kriminal olmaqdan çıxıb. Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. Bu silahlı münaqişə isə Anar Məmmədovun cangüdənləri arasında olub.
Hadisə ötən il, mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verib. Türkiyənin "Hürriyet" qəzeti yazır ki, bu qanlı hadisə Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının prezidneti, "Garant Holding"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddə olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.
2013-cü il, dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.
Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov məni çağıraraq İsmayıl Gənci öldürməmi istədi, amma mən bundan imtina etdim. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.
Kubilay Gölün bildirdiyinə görə, o, İsmayıl Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar.
Kubilay Göl istintaqa bildirib ki, bu para oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İsmayıl Gənc ilə Antalyadakı Əski Sənaye deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb. ,,Mən vurmasam, o məni vuracaqdı,, - deyib.
Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.
Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyətə «özəl tim» adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətundə 2,5 il işləyib. «Korumanın başında İsmayıl Gənc vardı. Gənc koruma görəvinin dışında bazi yatırımlarla ilgili para trafiğini yönləndiriyordu. Zatən, bu sürə işərisində milyonluq bir sərvətə sahib oldu. Tabii, bu durum patronun dikkatını da çekdi» deyə, İsmayıl Gənc "Hürriyet" qəzetinə bildirib.

Ziya Məmmədovun 500-ə yaxın London taksisinə həbs qoyulub

Gömrük İdarəsi Ziya Məmmədovun 500-ə yaxın London taksisinə həbs qoyub. Hazırda sözügedən taksilər Dövlət Gömrük Komitəsinin Lökbatanda fəaliyyət göstərən Avtonəqliyyat Gömrük İdarəsinin həyətində saxlanılır. Verilən məlumatda qeyd edilir ki, hazırda Avtonəqliyyat Gömrük İdarəsinin həyətində sonu 501 dövlət nişanı ilə qurtaran və sıralama olaraq 911 nömrəli avtomobilə qədər bütün taksilərə həbs qoyulub. Səbəb isə sözügedən taksilərin 4 ildən çoxdur ki, texniki baxışdan keçmədən gizli formada fəaliyyət göstərməsi olub. Lakin sonradan gömrük işçilərinin məsələyə müdaxiləsi nəticəsində 500-ə yaxın taksiyə həbs qoyulub.

Deməli son vaxtlar paytaxt Bakı ərazisində London taksilərinin çox az-az gözə dəyməsinin səbəbi də məhz bu imiş. Taksi sürücülərinin bir neçə ay bundan öncə icarə haqqlarının 23 manatdan 40 manata qaldırılmasının səbəbi, sözügedən taksilərin həbsə salınmasıdır. Görünür cənab Ziya Məmmədov həbsdə olan taksilərinin pulunu hazırda fəaliyyət göstərən taksilərin hesabına çıxarmaq istəyir.

Xatırladaq ki, son vaxtlar Ziya Məmmədovla Kəmaləddin Heydərov arasında müəyyən çəkişmələrin və problemlərin yaşandığına dair informasiyalar dolaşır. Görünür London taksiləri ilə bağlı baş verənlər də sözügedən soyuq müharibənin tərkib hissəsidir.