backend

Bakı şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb?

Bakı şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb?






















Nazirlik açıqlama verib.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun vəzifəsindən azad edilməsi və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunması haqda məlumat yayılıb. Qafqazinfonun məlumatına görə, Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyin olunub.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələnən bağlı bildirib ki, nazirliyinin informasiya şöbəsinə bu barədə məlumat daxil olmayıb. “Bizdə belə bir məlumat yoxdur. Olsa niyə gizlədim ki?”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif bu barədə hər hansı informasiyaya sahib olmadığını vurğulayıb.