backend

Bakıda küçənin ortasında 17 yaşlı gəncin böyrəyini parçaladılar

Bakıda küçənin ortasında 17 yaşlı gəncin böyrəyini parçaladılar






















Faktla bağlı araşdırma aparılır.

Ötən gecə Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma olub.

qaynarxett.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Cavadxan küçəsi 44 ünvanında baş verib.

Gecə saatlarında həmin küçədə dava düşüb. Dava zamanı 17 yaşlı İslam adlı gənc oğlan ağır bıçaq yarası alıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

17 yaşlı gəncin böyrəyindən xəsarət aldığı deyilir. Onun böyrəyi dağılıb. Hazırda həkim nəzarətindədir.

Hadisənin kimin tərəfindən və nə səbəbə baş verməsi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.