backend

Ana 6 yaşlı oğlunu körpüdən atdı

Ana 6 yaşlı oğlunu körpüdən atdı






















Meyit hadisə yerindən 1 km kənarda tapılıb.

6 yaşlı uşağın meyiti hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

qaynarxett.az-nun məlumatına görə, musavat.com “Reuters” istinadən xəbər verir ki, oğlunu körpüdən aşağı tulladığını uşağın anası özü polisə bildirib.

Cullian McCabenin 34 yaşı var. O, axşam saatlarında polisə zəng vuraraq oğlu Londonu körpüdən atdığını deyib.

Meyit hadisə yerindən 1 km kənarda tapılıb.

Ana oğlunu niyə öldürməsi ilə bağlı heç bir açıqlama verməyib. Ona görə də hadisənin səbəbi hələ ki, bəlli deyil.

Oğlunu atdığı yerdən uzaqlaşmayan ana elə oradaca polis tərəfindən həbs edilib. Hələlik anaya qarşı ehtiyatsızlıq ucbatından adam öldürmə maddəsinin birinci dərəcəsi ilə cinayət işi açılıb. O, 750 min dollar ödəməklə zaminə buraxılıb.