backend

Ukraynanın Azərbaycanın dəstəyinə ehtiyacı var

Ukraynanın Azərbaycanın dəstəyinə ehtiyacı var






















“Siz bizi yaxşı başa düşməlisiz”.

Biz Ukraynanın separatçıların nəzarət etdiyi regionlarında keçirilmiş “seçkiləri” pisləməsi üçün Azərbaycanın rəhbərliyinə müraciət etmişik.

qaynarxett.az xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Mişenko bildirib.

Səfir ölkələrimizin problemlərinin oxşar olduğunu qeyd edib:

“Azərbaycan bizi hamıdan yaxşı başa düşməlidir, çünki Azərbaycan ərazisinin bir hissəsi həmçinin işğaldadır. Rusiyanın hazırkı hakimiyyətinin hərəkətlərini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil və heç kim Kremlin hansı planlar hazırladığını bilmir. Buna görə də, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməlidir”.

Səfir qeyd edib ki, “Rusiyanın təcavüzkar siyasətini mümkün olduğu qədər tez dayandırmaq lazımdır, çünki bu münaqişənin gələcəkdə nəyə çevriləcəyini heç kim qabaqcadan söyləyə bilməz”:

“Vəziyyətin daha da pisləşməməsi üçün birgə səylərlə bütün bunları dayandırmalıyıq”.