backend

Rektora qarşı ŞOK İTTİHAM... - Belə deyirlər...

Rektora qarşı ŞOK İTTİHAM... - Belə deyirlər...















Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət muradova qarşı baş qaldıran narazılıqlar artıq son həddə çatıb. Rektor olandan sonra universitetə yeni-yeni qalmaqallar gətirən rektor islahatlar adı altında özünə yaxın, vaxtilə Gülənçilərin adı ilə bağlı olduğu deyilən Türkiyə universitetlərində (sonradan demək olar hamısı bağlandı) təhsil almış gəncləri ətrafına topladı. Ardınca isə «reytinq» adı altında yeni bir əmək haqqı metodu fikirləşib tapan rektor dostları üçün 100 nəfərlik cədvəl icad etdi, kim hansısa Türkiyə universitetindən sertifikat alıb gətirirsə, onun adı həmin həmin 100-lüyə düşür və hətta professorlardan da iki-üçqat artıq əmək haqqı alır. Təsəvvür edin, bu qondarma islahat o dərəcədə primitivliyə söykənib ki, həmin sertifikatların bir çoxu başını güclə girləyən Bakıdakı Biznes Universitetindən alınır! Nəticədə o baş verdi ki, iki il əvvəl 13 müəllim rüşvət aldığına görə «öz ərizəsi ilə» işdən çıxarıldı… Rus dili kafedrasında isə xarici ölkələrdə yaşayan və rektora yaxınlığı ilə tanınan müəllimlər universitetdə ən yüksək maaş aldığı halda, ömrünün 30 ilini peşəkar tərcüməçi-müəllimliyə sərf etmiş Zərifə Mansurova kimi müəllim isə işdən çıxarıldı, çörəklə imtahana çəkildi. Rektoru məhkəməyə verən Z.Mansurovanın dərdinə yəqinki əlac tapılacaq və o, «Əgər haqqım tanınmasa özümü rektorun kabinetinin qarşısında yandıracağam!» fikrindən daşınacaq.
***
…Daha böyük qalmaqal isə rektor Ədalət Muradovun professor diplomu ilə bağlıdır. Məlum olduğu kimi, «Təzadlar»ın rəsmi sorğusunu cavablandırmayan rektor ona həmin diplomu vermiş AAK-ın sədr əvəzi Vəli Hüseynovun indi məhkəmələrə çəkilməsinə bais olub. Məhkəmə çəkişməsi isə davam edir, AAK rəhbərliyi «Təzadlar»ın rəsmi-yazılı sorğusunu cavablandırmalıdır.
Nəhayət, bildiyiniz kimi, rektorun qanunsuz yolla əldə etdiyi professor diplomu ilə bağlı toplanmış sənəd və sübutlar Baş Prokurorluğa göndərilib, araşdırma aparılır.
***
Bütün bunları deməkdə məqsədimiz var: dünən ADİU-da çalışan professorlardan biri redaksiyamıza gəldi. Centlmen sazişi bağladıq ki, onun razılığı olmadan (qanun da belə tələb edir) adını açıqlamayacağıq. O, qəzetimizə geniş müsahibə verdi. Həmçinin müsahibəsində söyləyəcəklərinin təsdiqi kimi, yazılı mətni də bizə verdi. Həmin müsahibədə ADİU-da baş verən biabırçılıqlar detallarınadək təqdim olunur. Hazırda həmin müsahibə çapa hazırlanır. Bizi izləyin…
Professorun kimliyi barədə bircə onu deyə bilərik ki, o, rektorun ən yaxın adamlarından biridir. Sadəcə… Deyir: «Artıq vicdanım qarşısında susa bilmədim, borcumdan çıxdım. Məqsədim heç də Ədalət Muradovu ifşa etmək deyil, onu dayandırmaq, ayıltmaq, universiteti apardığı uçurumun heç olmasa kandarından geri qaytarmaqdır, onun özünü xilas etməkdir, ən azı, ziyanın yarısından da olsa, geri qaytarmaqdır…».
(Davamı var)
«Təzadlar»