backend

Zaqatalada 28 nəfər helikopterlə təxliyə edilib — YENİLƏNİB

Zaqatalada 28 nəfər helikopterlə təxliyə edilib — YENİLƏNİB














Zaqatalada leysan xarakterli yağışlar nəticəsində 28 nəfər nəfər təxliyə olunub.
FHN-dən verilən məlumata görə, avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülüb.

Eyni zamanda, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və müvafiq texnikası hadisə rayonlarında suçəkmə işlərinə cəlb olunub. Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

***
Zaqatala rayonuna yağan leysan yağışları nəticəsində köməksiz vəziyyətdə qalan 12 ailənin üzvləri təxliyyə olunub.
"Report"a istinadən məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Höytala və Böhtala kəndləri ərazisindən axan Qara çay daşıb və nəticədə Böhtala kəndinə gedən piyada körpüsü dağılıb.

Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub. Subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.

Bundan əlavə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basıb. Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Eyni zamanda rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrinə də sel suları dolub.

Hazırda baş verən fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.