backend

Gəncənin yeni icra başçısı kollektivə təqdim edildi

Gəncənin yeni icra başçısı kollektivə təqdim edildi














Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Müzəffər oğlu Bayramov kollektivə təqdim olunub.
Report məlumatına görə, N.Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Niyazi Müzəffər oğlu Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi,1997-2001-ci illərdə Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi işləyib. 2012-2018-ci illərdə isə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 28.08.2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır ailəlidir, iki övladı var.