backend

Ermənilər ABŞ səfiri və hərbiçisi ilə Naxçıvanı müzakirə ediblər - TƏCİLİ!!!

Ermənilər ABŞ səfiri və hərbiçisi ilə Naxçıvanı müzakirə ediblər - TƏCİLİ!!!

Erməni mətbuatına istinadən xəbər verir ki, bu gün- 30 avqustda Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzzi və səfirliyin yeni təyin olunmuş hərbi attaşesi polkovnik Ceyms Tomsonu qəbul edib.

Görüş zamanı tərəflər müdafiə sahəsində erməni- Amerika əməkdaşlığını müzakirə edib
Bundan başqa regional təhlükəsizlik məsələləri də danışıqların mövzusu olub. Amerika tərəfinin xahişilə David Tonoyan Ermənistan –Azərbaycan sərhəddində, “konkret olaraq Naxçıvan istiqamətində vəziyyət barədə məlumat verib”-xəbərdə deyilir.

Redaksiyadan: Ermənistanın yeni hakimiyyəti Qərbyönümlü siyasətini hərbi məsələlərdə də davam etdirir. Rəsmi İrəvan bu addımlarla Rusiyanın qıcıqlanacağına və məcbur olub Ermənistanın maraqlarını daha çox müdafiə etməyə məcbur olacağına inanır. Rusiyanın indiyədək baş verənlərə seyrçi qalması belə bir qənaət yaradır ki, Ermənistan Rusiyadan deyil, Rusiya Ermənistandan asılı vəziyyətdədir. Ermənistan qaçmaq istəyir, Rusiya yalvarıb onun bitib-tükənməyən arzularını həyata keçirəcəyinə söz verir. Paşinyan hökümətinin Rusiyanın maraqlarına müəyyən mənada cavab verməyən siyasi addımlarını Azərbaycan atsaydı, Zaxarova başda olmaqla bütün Rusiya üstümüzə düşmüşdü.
Moderator.az