backend

Sabiq icra başçısının nəvəsi məhkəmə qarşısında

Sabiq icra başçısının nəvəsi məhkəmə qarşısında















“Gəncəli Firdovsi” kimi tanınan məhkum Mustafayev Firdovsi Elşad oğlu cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.
Qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Firdovsi Mustafayevin məhkəmə prosesinə hakim İmran Hacıqayıbov sədrlik edəcək.

Bu ilin fevral ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2015-ci ilin avqustunda qətl törətməkdə şübhəli bilinən Mustafayev Firdovsi Elşad oğlu Sankt-Peterburqda saxlanılıb. O, Azərbaycana ekstradisiya edilib və Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirilib.

Saxlanılan şəxsin atası vaxtilə sabiq baş nazir Surət Hüseynovun briqadasında olub və Samux rayon prokurorunun güllələnməsində iştirak edib.

Firdovsi Mustafayev 2017-ci il avqustun 3-də Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Zeynalov Niyaməddin Nağı oğlu bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Abdullayev Cəlal Elşən oğlu isə yaralanıb.

Sonuncu qarın nahiyəsindən bıçaq yarası alıb.
AR Baş prokurorluğunda cinayət işi üzrə araşdırma aparılır. Qətldə şübhəli bilinən digər üç nəfər haqqında isə axtarış elan edilib. Hələlik onlardan birinin – İbrahimov Valeh Əli oğlunun adı məlumdur.

Qeyd edək ki, kütləvi davanın səbəbi söyüş olub. Niyaməddin Zeynalovun həyatı bahasına başa gələn davanın səbəbi onun Mustafayev və dostlarına irad bildirməsi olub. Sonuncular qızların yanında söyüş söyürmüşlər.

Bununla yanaşı məlum olub ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Mustafayev Elşad Teyyub oğlunun oğludur. Eyni zamanda, saxlanılan şəxsin əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına layiq görülüb. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.

Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.

Həmin ilin iyununda “surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq qonşuluqdakı məktəbin həyətində güllələyiblər.

Qeyd edək ki, bu işlə bağlı Mustafayevlərin atası – Samux rayonun sabiq icra başçısı Vaqif Mustafayev də həbs olunub. Lakin o, ötən il, həbsindən sonra tutulduğu xəstəlikdən ölüb.

Sabiq icra başçısının nəvəsi məhkəmə qarşısında