backend

Obama Rusiyanın dünyaya “Ebola” qədər təhlükəli olduğunu bəyan etdi

Obama Rusiyanın dünyaya “Ebola” qədər təhlükəli olduğunu bəyan etdi






















ABŞ prezidenti Barak Obama növbəti dəfə Rusiyanın Ukraynaya qarşı mövqeyinin bütün dünya üçün təhlükəli olduğunu bəyan edib

O bunu Avstraliyanın Kvinslendski Universitetindəki çıxışında deyib: “Biz Qərbi Afrikanı cənginə alan “Ebola” və Rusiyanın Ukraynaya qarşı aqressiyasının qarşısının alınması prosesində liderlik edirik. Biz Rusiyanın dünya üçün təhlükəli olduğunu Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin vurulması zamanı görmüşük”.
Bu təyyarə iyulun 17-də Donetsk üzərində vurulub və 298 nəfərin (27-si Avstraliya vətəndaşı olun) hamısı həlak olub.
ABŞ prezidenti dəfələrlə Rusiyanı terrorçularla və “Ebola “ virusu ilə müqayisə edib. O ilk dəfə sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışında bu haqda danışıb.