backend

Rayonlarda nazirlər kimləri qəbul edir?..

Rayonlarda nazirlər kimləri qəbul edir?..






















Xeyli müddətdir ki, nazirlər bölgələrdə yaşayan insanları elə bölgələrdə də qəbul edir.

Artıq bu, bir ənənəyə çevrilib və ölkədə birmənalı olaraq dəstəklənir.


Hər hansı problemlə üzləşən bölgə sakini dərdini demək üçün Bakıya üz tutmur. Hamımız şahidi olmuşuq ki, üzləşdikləri problemləri həll etmək üçün Bakıya üz tutan bölgə insanları çox vaxt Bakıda problemlərini həll etmək əvəzinə yeni problem “qazanırdılar”.
Cünki Bakıya getmək üçün həm yol pulu, yemək pulu, həm də günlərlə paytaxtda gecələmək üçün vəsait tələb olunur. Nazirlərin insanları Bakıda deyil, bölgələrdə qəbul etmələri isə insanları həm yol pulu, yemək pulu, gecələmək pulu kimi məsrəflərdən, həm də vaxt itkisi kimi məsələlərdən xilas etdi. Bütün bunlar onu deməyə əsas verir ki, nazirlərin bölgələrdə qəbul günlərinin təyin edilməsi birbaşa bölgə insanlarına xidmət edir.Ancaq indiyədək bölgələrdə nazirlərin qəbuluna düşmələri üçün insanların hansı prosedurdan keçməsi barədə geniş məlumat verilmir.
Düzdür, əksər hallarda nazirlərin bölgələr üzrə qəbul günləri media vasitəsilə insanlara çatdırılır. Ancaq məsələnin bu prinsip üzrə gerçələşməsi o anlama gəlir ki, nazirlər bir bölgədə ən azı bir neçə gün davamlı qəbul keçirməlidirlər.
Məsələ ilə bağlı araşdırma aparan Modern.az saytı maraqlı faktlar əldə edib. Məlum olub ki, nazirlərin qəbul məsələsini yerlərdə aidiyyati dövlət qurumları tənzimləyir. Bu tənzimlənmə isə əslində ciddi problemlər yaradır. Belə ki, insanlardan hansı məsələ barədə nazirlə görüşmək istəyi öncədən soruşulur. Əgər qəbula düşmək istəyən insanın qaldıracağı məsələ ciddi problem yaradacaqsa, yaxud da aidiyyatı qurumlara “baş ağrısı” gətirəcəksə, belələri müxtəlif bəhanələrlə qəbula buraxılmırlar.
Bəlkə də elə ona görədir ki, bölgələrdə vətəndaşların qəbulu zamanı elə də ciddi problemlər üzə çıxmır.
Eyni zamanda, nazirliklərin yerli təmsilçiləri, əlaqədar qurumların nümayəndələri bu və ya digər şəkildə heç olmasa xəbərdarlıq almırlar.
Bununla bölgələrdəki məmurların fəaliyyətinə kölgə salmaq istəmirik. Ancaq bölgələrimizdə narazılıq yaradan, yarıtmaz məmurların olduğu sir deyil.
P.S. Mövzunu davam etdirəcəyik.