backend

Bakıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı

Bakıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı















Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Xətai rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.