backend

Sürücülərin nəzərinə: Bakıda yeni fırıldaqçılar peyda olub (VİDEO)

Sürücülərin nəzərinə: Bakıda yeni fırıldaqçılar peyda olub (VİDEO)















Bakıda bir qrup fırıldaqçı asan pul qazanmağın yolunu tapıb.

Oxu.Az məlumatına görə, onlar yol kənarında dayanaraq hərəkətdə olan avtomobillərə toxunurlar.

Bundan sonra sürücüyə yaxınlaşan fırıldaqçılar telefonlarını sındığın bildirərək pul tələb edirlər.

Belə bir hadisə ilə rastlaşan sürücü Orxan Məmmədov bildirib ki, bu telefonun ekranı artıq sınmış vəziyyətdə olur:

“Nömrə olmadığını görəndə artıq başa düşdüm ki, ekran əvvəlcədən sınmışdı. Avtomobilimi bir az qabaqda saxlayıb videogörüntüyə baxmaq istədiyimi görəndə onlar avtobusa minib getdilər”, – deyə o bildirib.

Qeyd olunur ki, bu cür halla Bakıda onlarla sürücü rastlaşıb.