backend

2019-cu ilin büdcə layihəsi Prezidentə təqdim olundu

2019-cu ilin büdcə layihəsi Prezidentə təqdim olundu
















Nazirlər Kabinetinə təqdim olunan 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə müsbət rəy verilib.
Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Sənəddə qeyd olunub ki, Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Bu sənədlər və müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim ediləcək.