Mirqafar Seyidov əmr imzalayıb.Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.
qaynarxett.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb.
O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.
Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.