backend

Sumqayıtda narazılıq artır: Gəncə hadisələri təkrarlana bilər

Sumqayıtda narazılıq artır: Gəncə hadisələri təkrarlana bilər













Zakir Fərəcovun “təhqir kampaniyası” davam edir
Respublikanın böyük sənaye şəhərlərindən biri olan Sumqayıtdan Realliq.info – ya çoxlu şikayət məktubları daxil olmaqdadır. Vətəndaşlar sosial problemlərin həllinə biganə münasibətdən və məmurların qeyri – etik davranışından bəhs edərək aidiyyatı qurumların baş verənləri nəzarətə götürməsini istəyirlər. Şəhər icra başçısı Zakir Fərəcovun keçmişinə nəzər salanda məlum olur ki, bu məmur rəhbər vəzifələrdə çalışdığı zaman daim qanunsuz fəaliyyətlə diqqət mərkəzində olub. Onun keçmiş MTN şəbəkəsi ilə işbirliyi və insanları öz metodu ilə cəzalandırması kimi adətləri dəyişməz olaraq qalır.

Şəhərdə sahibkarların fəaliyyətinə yaradılan əngəllər, icra hakimiyyəti başçısı Zakir Fərəcovun iş adamlarını aldatması sadalanan problemlərin sırasındadır. Sumqayıta icra başçısı təyin olunandan sonra şəhərdə yarıtmaz fəaliyyəti ilə diqqət mərkəzində olan Z.Fərəcov etirazını bildirən vətəndaşları polisin gücü ilə susdurmağa üstünlük verir. Sumqayıt Polis İdarəsinin rəisi Əkbər İsmayılov və müavin Hikmət Qasımovun Fərəcovun tapşırığı ilə idarədə vətəndaşlara işgəncə verməsi adi hala çevrilib. Sumqayıt bulvarının tikintisi və şəhərdə abadlıq işləri zamanı görülən işlərə cəlb olunan iş adamlarının həbsi və təzyiqlərə məruz qalmaları, icra başçısının onlara olan borcunu ödəməməsi proseslərin görünən tərəfidir.

Sumqayıtda narazılıq artır: Gəncə hadisələri təkrarlana bilər









Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, İcra başçısı qəbul günləri vətəndaşları qəbul etmir. Onun bu işini icra hakimiyyətində şöbə müdiri işləyən Fəzail Hüseynov həyata keçirir. Sumqayıtlılar bu məmuru “yalançı şəxs” adlandırırlar. Şəhərdə bir sıra qanunsuz işlərdə adı keçən Fəzail Hüseynovun Bakıda Beton zavodu və bir sıra obyektləri var. Sumqayıt iş adamlarının pullarının mənimsənilməsi və onlara qanunsuz təzyiqlərdə Fəzail Hüseynovun əməyinin az olmadığı bildirilir. Bu şəxsin fəaliyyəti və yaratdığı narazılıqlarla bağlı geniş məlumat verəcəyik.

Zakir Fərəcovun “sağ əli” hesab olunan Memarlıq və Tikinti şöbəsinin müdiri Adil Xudadatovun fəaliyyəti də bir sıra problemlərin əsas səbəbi hesab olunur. Realliq.info – ya daxil olan məlumatda qeyd olunur ki, A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi var. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub.

Sumqayıtda narazılıq artır: Gəncə hadisələri təkrarlana bilər











Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur.

Sumqayıtda qanunsuz tikintilər və bir sıra xoşagəlməz faktlar bu şəxsin adı ilə bağlanır. Adil Xudadatovun vətəndaşlarla qeyri – etik davranışı icra başçısını narahat etmir. Sumqayıtda icra hakimiyyəti məmurlarının narazı insanlara təzyiq etməsi və onları polislə hədələmələri görünən reallıqdır. Proseslərin görünməyən tərəfini isə növbəti yazıda diqqətinizə çatıdıracağıq.
Bizi izləyin.