backend

Azərbaycanlı kriminal avtoritetlərlə bağlı ilginc məlumat – FOTO

Azərbaycanlı kriminal avtoritetlərlə bağlı ilginc məlumat – FOTO






















“Zayka” Azərbaycan kriminal dünyasının kralını ağır söyüşlə təhqir edib.

Bir neçə gün öncə Rusiya polisinin xüsusi əməliyyatı ilə yaxalanan azərbaycanlı cinayətkar dəstənin üzvləri barədə ilginc məlumatlar yayılıb.

qaynarxett.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, 5 nəfər üzvü olan dəstəyə 39 yaşlı azərbaycanlı, “Zayka” ləqəbli kriminal avtoritet rəhbərlik edib.

Əməliyyatçıların sözlərinə görə, “Zayka” Azərbaycanda müxtəlif faktlarla bağlı olaraq 15 il həbsdə olub. Moskvaya isə o təqribən iki il öncə gəlib. Dəstə üzvləri insan oğurluğunda və dələduzluqda ittiham edilir. “Zayka” kriminal kolleqaları ilə də sərhəd saxlamırdı. Banda üzvləri 2014-cü ilin sentyabrın 9-da Moskvada Ded Hasanın əsas düşmənlərindən olan kriminal avtoritet Rövşən Lənkəranskinin “sağ əli” hesab edilən Rövşən Somayanı qətlə yetiriblər.

Bundan əlavə isə ötən il “Sadovod” bazarından olan Hüseynov soyadlı sahibkarı öldürüblər.

Onlar həmçinin kommersiya fəaliyyəti ilə məşğul olan həmyerlilərini girov müqabilində oğurlayıblar.

Dəstə üzvləri bilyard salonunda saxlanılıblar. Onlar Troiskdə yaşayıblar. Dəstə üzvlərinin yaşadığı evdən “Kalaşnikov”, tapançası, “Sayqa” tüfəngi, 100-dən çox patron, zirehli jilet, maskalar, polis forması, iş adamlarından oğurlanan “Toyota Land Cruiser” və “Mercedes-Benz” tapılıb.

Danışılanlara görə bir dəfə Azərbaycan kriminal dünyasının kralı, həbsxanadan işlərini idarə edən lotu Qulu (qanuni oğru Nadir Səlifov) “Zayka”ya zəng edib. Çox güman ki, Qulu “Zayka”nın ipə-sapa yatmamasından qıcıqlanıb və onu yerinə oturtmağa çalışıb. Cavabı isə ağır olub. “Zayka” ona söyüşlə ağır cavab verib və onun işinə qarışmamağını bildirib.

Azərbaycan diasporasının informasiyasına görə “Zayka”nı həbsxanada heç də xoş qarşılanma gözləməyir. Çoxdan gözlənilən “adqoyma mərasimi” deyəsən baş tutmayacaq. Onun bu qeyri-adi ləqəbi necə aldığını isə həmvətənləri danışıb. Sən demə, “Zayka” adını ona uşaqlıqda valideynləri deyirmiş. Çətin ki, onun valideynləri bu “Zayka”nın böyüyəndə hansı dəhşətli işlərlə məşğul olacağını ehtimal ediblər.

Azərbaycanlı kriminal avtoritetlərlə bağlı ilginc məlumat – FOTO

Azərbaycanlı kriminal avtoritetlərlə bağlı ilginc məlumat – FOTO

Azərbaycanlı kriminal avtoritetlərlə bağlı ilginc məlumat – FOTO