backend

Saatlıda saxta diplomlu müəllimin havadarları kimlərdir?

Saatlıda saxta diplomlu müəllimin havadarları kimlərdir?


















“Qulaqburması”na maraqlı bir məlumat daxil olub

Məlumatda bildirilir ki, Saatlıda təhsil artıq məlum olmayan istiqamətə "yolunu" davam edir. Belə ki, rayon təhsilində baş verən neqativ olaylar artıq mətbuatın gündəlik mövzüsunə çevrilib. Lakin belə bir deyim də var ki, "Təhsil milətin gələcəyidir".
Saatlı rayonundan verilən məlumatlara görə kənd məktəblərinin birində saxta diplomlu müəllim işlə təmin olunub. Bu da onu göstərir ki, rayon təhsili rüşvət hesabına "yaşayır". Başqa bir məlumatda isə bildirilir ki, Saatlı RTŞ-nin müdüri Şamil Nurəliyev vəzifə səlahiyyətindən istifadə edərək böyük qanun pozuntusuna şərait yaradıb. Əlbətdə ki, bu cür cinayət xarakterli addımlar ya bilərəkdən, ya da arxalandığı "krişa" hesabına həyata keçirilir.
Daxil olan məlumatı tam dəqiqləşdirməkdən ötrü birbaşa icra hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa şalışdıq. Əfsüslər olsun ki, qarşı tərəf kimi istər icra hakimiyyətindən, istərsə də təhsil şöbəsindən münasibət öyrənə bilmədik. Qarşıdakı günlərdə məsələ ilə bağlı Təhsil Naziri cənab Mikayıl Cabbarovun mövqeyini öyrənməyə çalışacağıq. İNŞALLAH!