backend

Nazirdən işsizlərlə bağlı açıqlamalar

Nazirdən işsizlərlə bağlı açıqlamalar














“İqtisadi artımla layiqli əmək sıx bağlıdır. Azərbaycan əhalinin məşğulluğu baxımından ciddi işlər görür.”

Qaynarinfo-nun xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanda əmək bazarındakı tələblər öyrənilir, ixtisaslı işçi qüvvəsinin yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, vahid məşğulluq portalı yaradılır:

“İqtisadi uğurlarımızın əsasında insan potensialı var. Hər il əmək bazarına 100 min yeni işçi gəlir. Ona görə də Azərbaycan məşğulluq məsələsinə ciddi fikir verməlidir. Əhalimiz gəncdir, pensiyaçılar ümumi əhalinin cəmi 14 faizini tutur. Gənclərimizin işlə təminatı sahəsində tədbirlər davam etməlidir”.