backend

Elmar Vəliyevin oğlunun adamları işdən çıxarılır

Elmar Vəliyevin oğlunun adamları işdən çıxarılır











“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyevin vəzifəindən getdiyi barədə xəbər vermişdik. Klubun rəsmi saytının yaydığı məlumatda bildirilirdi ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu özü istefa verib. Fanat.az-ın əldə etdiyi məlumata görə, artıq “Kəpəz”də “təmizlik” başlayıb. Belə ki, Gəncə stadionunun direktoru Namiq Abdullayev və klubun rəisi Ruslan Nağıyev vəzifələrini itiriblər. Hər iki şəxs noyabrın 1-dən işə çıxmayacaq. Yaxınlarda daha bir nəfər – faktiki olaraq “Kəpəz”ə rəhbərlik edən icraçı direktor Elnur Camalxanov da işdən çıxacaq. Hələlik vəziəsinin başında olan Camalxanov tezliklə rəsmən postundan kənarlaşdırılacaq.